Bakıda mədən sənayesində şəffaflığın təmin edilməsi üzrə konfrans keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən Bakıda Norveçin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının (MSŞA) "Mədən Hasilatında Şəffaflığın Təmin edilməsinin (MHŞT) Azərbaycanda tətbiqi: 5 illik dövrə retrospektiv baxış" mövzusunda konfrans keçirilib.
"APA–Economics"in məlumatına görə, MHŞT üzrə Milli Hökumət Komissiyasının sədri, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov son 5 il ərzində bu sahədə əldə edilmiş nailiyyətlərdən, çətinliklərdən, həmçinin yeni ideyalar və planlardan danışıb. Ş.Mövsümov bildirib ki, ölkə hökuməti son 5 il ərzində bu sahədə 8 hesabat hazırlayıb və 9–cu hesabatın tərtibatına hazırlaşır.
MSŞA Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu çıxışında ilk öncə koalisiyanın yaradılması, fəaliyyəti, missiyası, həmçinin hansı məqsədlərə xidmət etməsi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Q.İbadoğlunun sözlərinə görə, hazırda MSŞA Koalisiyasının üzvlərinin sayı 131–ə çatıb. Bunların 116–sı qeyri–hökumət təşkilatları və 15–i fiziki şəxsdir. Tədbirdə Q.İbadoğlu gələcək planlar və təkliflərlə çıxış edib: "MSŞA Koalisiyasının 5 əsas strateji istiqamətlərindən biri ölkədə təbii sərvətlərin istifadəsində şəffaflığın artırılması və təmin olunmasıdır. Bu ilin planlarına əsasən, MSŞA Koalisiyası neft sektoru haqqında yeni qanun layihəsi hazırlamaq niyyətindədir".
Sonda Q.İbadoğlu hesabat formaları üzrə açıqlanan göstəricilərin siyahısının genişləndirilməsi, memoranduma müvafiq dəyişikliklər etməklə şirkətlərin fərdi açıqlamalarının tətbiqi, həmçinin mədən sənayesində fəaliyyət göstərən şirkətlərin auditdən keçməsi təklifi ilə çıxış edib.
Qeyd edək ki, MSŞA Koalisiyası 2004–cü ilin may ayında yaradılıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009