Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Rauf Arifoğlu digər qruplaşmaya qarşı İsa Qəmbərdən istifadə edir
Müsavat Partiyasında gedən daxili qarşıdurma hər zaman müzakirə obyekti olub. Qarşıdurmanın yenidən gərginləşməsinin əsas səbəbi 2008–ci il prezident seçkilərində partiyanın iştirakıyla bağlı vahid mövqenin müəyyənləşdirilməsidir. Düzdür, hələ bir il öncədən seçkidə öz namizədi ilə iştirak edəcəyini bildirən təşkilatda son dönəmlərdə baş verənlər ikili fikrin yaranmasına və hətta bu fikir ayrılığının parçalanma həddinə çatmasına səbəb olub. Münaqişəni aparan tərəflər isə köhnə–yeni düşmənlər: Partiya Məclisinin sədri Sülhəddin Əkbər və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur.
Xələflik savaşı davam edir...
Əslində, Sülhəddin Əkbər qruplaşması ilə Rauf Arifoğlunun başçılıq etdiyi tərəfin arasında gedən mübarizə 2003–cü ildən– İsa Qəmbərin prezident seçkilərində ağır məğlubiyyətə uğramasından sonra başlayıb. Özlərini siyasi karyerasının qürub çağını yaşayan başqana potensial alternativ görən bu iki funksionerin əsas "döyüşü" Məclis sədri seçilən zaman baş verdi. Bu vəzifəni ələ keçirmək faktiki olaraq partiyanın həmin qrup tərəfindən idarə olunması demək idi. Həmin vaxt prosesə müdaxilədən məhrum İsa Qəmbərin gücü isə yalnız kənardan seyrci qismində müşahidəyə çatırdı. Çünki qruplaşmaların fikirləri ilə razılaşmaq məcburiyyətində olan və nəzarəti itirən İ.Qəmbərin həmin vaxt salonda oturması belə qarşılıqlı ittihamların, hətta təhqirlərin səslənməsinin qarşısını ala bilməmişdi. Elə həmin vaxt R.Arifoğlunun ən yaxın ortağı Arif Hacılı S.Əkbəri və onun dəstəsini, yumşaq desək, Rusiyaya casusluqda suçlamışdı. Bütün bunlara baxmayaraq S.Əkbərin vəzifəyə yiyələnməsi və özünü qeyri–rəs
mi şəkildə başqanın xələfi kimi təqdim etməsi ikinciləri tam şəkildə hərəkətə keçməyə məcbur etdi. Məhz bu gün Arifoğlunun rəhbərlik etdiyi qanadın tam şəkildə hücuma keçməsinin arxasında bu səbəblər dayanır.
Niyə 2008–ci il?
Bundan sonra qısa zaman kəsiyində səngimiş sayılan mübarizə ötən ilin sonlarında yenidən alovlandı. Müsavat Partiyasının Avropa Liberal Demokratik Partiyasının sıralarına qoşulması R.Arifoğlunun əlinə bəhanə verdi. Partiyanı məhkəməyə verəcəyini söyləyən məğlub komandanın "kapitanı" hətta çəkinmədən parçalanmaya gedəcəyini də bəyan etdi. Bu azmış kimi baş redaktor təmsil etdiyi təşkilatı məhkəmə ilə hədələyirdi.
Hazırda isə məclis sədri ilə baş redaktor arasında gedən mübarizə artıq yeni şəkil alıb və situasiya dəyişib. İsa Qəmbərin məğlubiyyətinin qətiliyinə əmin olan funksionerlər partiyanı inhisara almaq üçün fəaliyyətə keçiblər. Həm R.Arifoğlunun, həm də S.Əkbərin seçkidə iştirakla bağlı səsləndirdikləri fikirlər də məhz bu fəaliyyətin tərkib hissəsi sayıla bilər. Ümumiyyətlə, bu mövzuda danışmaq üçün İsa Qəmbərə haqq tanımayan funksionerlərin məqsədi seçkidən manipulyativ şəkildə istifadə etməkdir.
Məsələn, R.Arifoğlu mətbuata açıqlamasında müxalifətin birliyinə "Azadlıq" bloku rəhbərlərindən Lalə Şövkətin mane olduğunu söyləyib. Amma bir qədər əvvələ nəzər salsaq, görərik ki, baş redaktorun qəzetində "Azadlıq" blokunun başqa bir rəhbəri – Əli Kərimli xarici kəşfiyyat orqanları ilə işbirliyində ittiham edilir. Hətta onun və blokdaşlarının Azərbaycanın milli mənafelərinin əksinə olaraq maraqlı xarici qüvvələrin əli ilə ölkədə çaxnaşmalar yaratmaq istədikləri də məhz bu materiallarda öz əksini tapırdı.
Amma S.Əkbərin davamlı şəkildə Müsavat Partiyasının boykotla bağlı qərar verəcəyi haqda fikirlər səsləndirməsi göstərir ki, hər iki şəxsin məqsədi heç də prosesə aydınlıq gətirmək yox, öz mövqeyini yeritməklə partiyanın baş kreslosunu tutmaq arzusudur.
İsa Qəmbərin "tərəfsizlik"
siyasətinin sonu
Onu da qeyd edək ki, Sülhəddin Əkbərin Müsavat Partiyası Məclisinə sədr seçilməsi bir sıra dairələrdə İ.Qəmbərin məhz onunla əvəzlənəcəyi kimi fikirlər yaratmışdı. Elə bu fikirlə də Məclis üzvlüyündən imtina edən R.Arifoğlu başçılıq etdiyi qəzetin təsisçisi qismində olan İ.Qəmbərin, ümumiyyətlə, bu mətbu orqana dəxli olmadığını açıqladı. Bu addımla o, əslində, partiyada kiməsə tabe olmaq fikrində olmadığını sübut etmək istəyirdi. Amma R.Arifoğlunun "Azadlıq" bloku və onun rəhbərləri ilə bağlı açıqladığı informasiyalar yeni situasiya yaradıb. Artıq R.Arifoğlunun sədrliyə gələcəyi təqdirdə Müsavat Partiyası ilə yollarının qovuşmasının mümkünsüzlüyünü anlayan AXCP sədri Əli Kərimli təşkilatın daxilində dayaq tapmaq üçün S.Əkbərə üz tutub. Amma bu dəfə deyəsən İ.Qəmbər S.Əkbərin Əli Kərimli ilə bu gizli ittifaqına qarşı çıxdığını açıq şəkildə göstərir. Təsadüfi deyil ki, son həftələr təmsil etdiyi təşkilatın boykotla bağlı qərar verəcəyini vurğulayan məclis sədrinin cavabı birbaş
a sədrin özündən gəlib. Keçən ilin oktyabrında seçkilərdə iştirak barədə qərar qəbul edildiyini nəzərə çatdıran İ.Qəmbər hələlik bilavasitə seçki kampaniyası deyil, seçkilərə hazırlıq dövrü olduğunu da məclis sədrinin timsalında boykotçuların diqqətinə çatdırıb. Bir sözlə, uzun müddət iki funksioner arasındakı mübarizədə neytral görsənmək istəyən İ.Qəmbər öz mənafeyi uğruna tərəfə çevrilməyə məcbur olub. R.Arifoğlunun məsələsinin partiya Divanında müzakirə olunması ilə bağlı qarşı komandanın yaydığı informasiyanı yalanlayan başqan belə bir halın olmadığını deyib. Seçkidə iştirakının dəqiqləşdiyini bildirən İ.Qəmbər, sadəcə, təbliğatın kampaniya dövründə başlayacağını söyləyib.
Beləliklə, bu partiya daxilindəki prosesə nəzər saldıqda nəticəni bəri başdan söyləmək mümkün olur. Başqanın kreslosunu tutmağa can atan hər iki şəxsin güzəştə getmək kimi bir fikri olmadığı üçün Müsavat Partiyasının seçkidən sonra ən azı ikiyə bölünməsi qaçılmazdır.
Pərviz SADAYOĞLU

Siyasət