Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Total böhran içərisində yaşayan bu ölkə məhv olmaqdan qaçmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir
Ermənistanda vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. Bu gərginlik isə həm cəmiyyət daxilindən deqradasiya əlamətləri ilə, həm etnoslararası parçalanma və qarşıdurmalarla müşahidə olunur. Fevral ayının 19–da keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması nəticəsində təbii hüququndan istifadə edərək öz iradəsini təmin etməyə çalışan xalqa qarşı hərbi xuntanın bütün zor vasitələrdən istifadədən sonra 30–dan artıq insanın qətlinə, 250–dək artıq yaralanan və 100–lərlə həbs adamlara görə məsuliyyət hələ də havadan asılı vəziyyətdədir.
Baş verən qanlı olaylara görə, məsuliyyət daşıyan şəxsin cəzalandırılmaması isə Ermənistanda cəmiyyət daxilində dərin çat yaradır. Bununla belə, hərbi xuntanın yeni başçısı cəmiyyətdə sabitlik yaratmaq üçün qurban axtarır. Belə ki, bu dəfə Sarkisyan 1–2 mart hadisələrinə görə, polisi günahkar bilib. O, bildirib ki, əgər polis peşəkar olsa idi, bu hadisələr baş verməzdi.
Görünür Sarkisyan öz postuna leqitim don geyindirmək üçün hətta ən ağır şərtlərlə razılaşacaq. Əgər, Sarkisyanın cəmiyyəti manipulyasiya etmək üçün atdığı addım lazimi effekti verməzsə, o, gedişini konkretləşdirərək, onsuz da həm öz xalqının, həm də Azərbaycanlıların qanına əli batmış R.Köçəryanı bada verəcək. Çünki, 1–2 mart hadisələrində həlak olmuş və yaralanmış 200–dən artıq insanın məsuliyyəti onun üzərindədir. Yəni, öz hüquqlarını bərpa etmək istəyən xalqa qarşı hətta odlu silahdan belə istifadə əmrini Köçəryan verib.
Köçəryanın "Qazprom"un Cənub məsələləri üzrə məsul işçisi təyin olunması haqqında informasiyalar yayılsa da, hələ də "qatilin" harada olduğu bəlli deyil. Hətta dəfələrlə onun ölkədən çıxmaq cəhdlərinin olduğunu, lakin digər qüvvələr tərəfindən geri qaytarılması faktları da mövcuddur.
Göründüyü kimi, Sarkisyan hərbi xuntanın rəhbəri kimi Ermənistanda vəziyyəti normallaşdırmaq üçün Köçəryan kartını hələ də əlində saxlayır. Digər tərəfdən Ermənistanda vəziyyətin gərginləşməsi sosial ziddiyyətləri də dərinləşdirib. Belə ki, yerli ermənilərlə Qarabağ klanı arasında münasibət pisləşib. İnsanlar arasında digər xalqlara qarşı nifrət artıb.
Hətta yəhudiəsilli bir çox dövlətlərin rəsmiləri artıq təsdiqləyirlər ki, Ermənistanda antisemit əhval–ruhiyyə var.
Göründüyü kimi, bu gün Ermənistanda vəziyyət olduqca gərgindir. Ölkədə mövcud sosial–etnik parçalanma Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu sual altına qoyub. Təbii ki, burada iqtisadi problemləri də nəzərdən qaçırmaq olmaz. Çünki, mövcud təcrid vəziyyəti, Rusiyanın inhisarı nəticəsində hər il Ermənistanı 70 min insan tərk edir. Bu isə öz növbəsində bu ölkənin məhsuldar qüvvələrinin inkişafına, ÜDM–un həmçinin artmasına, bütövlükdə iqtisadiyyatın genişlənməsinə mane olur.
Bir sözlə, total böhran içərisində yaşayan Ermənistan məhv olmaqdan qaçmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir. Bunun yolu isə Ermənistanın Azərbaycanın torpaqlarından işğalçı qüvvələrini çıxarmaqdan keçir. Yalnız bundan sonra Ermənistanla Azərbaycanın əməkdaşlığı baş tuta bilər. Bəlkə, Azərbaycan bu ölkəyə investisiya da yatıra bilər.
Ramil VƏLİBƏYOV

Siyasət