Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 11 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
İyunun 14–də Qaradağ rayonunun Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyev adına parkın açılış mərasimi olub. Mərasimdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. O, bildirib ki, ulu öndər Heydər Əliyev təkcə müstəqillik dövründə yox, hələ 1969–cu ildə Azərbaycana rəhbərliyə gələrkən respublikamızın inkişafı üçün çox böyük işlər görüb. H.İsrafilovun sözlərinə görə, xalqımız Ümummilli liderin əvəzsiz xidmətlərini yüksək qiymətləndirir və onun ideyalarına sadiqlik nümayiş etdirir.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin ulu öndərin xidmətlərindən danışaraq qeyd edib ki, Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Qəsəbədə "Heydər Əliyev Muzeyi"nin açılışından sonra əsaslı təmir edilmiş YAP Qaradağ rayon təşkilatının qərargahının da açılış mərasimi keçirilib. Təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, Milli Qurtuluş Günü ərəfəsində bu bina təşkilat üzvləri üçün böyük töhfədir. O, qərargahın yüksək səviyyədə təmir olunmasında öz köməyini göstərmiş bütün insanlara təşəkkür edib. Təşkilat sədri bildirib ki, Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yeri var. Müstəqilliyimizin qazanıldığı ilk illərdə Azərbaycanın təhlükələrlə üzləşdiyini xatırladan A.Hüseynov məhz Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində xalqımızın bu təhlükələrdən xilas olduğunu vurğulayıb. Prezident seçkilərinə toxunan A.Hüseynov təşkilatın seçkilərə ciddi hazırlaşdığını deyib. Onun sözlərinə görə, Qaradağ seçiciləri cənab İlham Əliyevə səs verəcəklər.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan xalqını Milli Qurtuluş günü münasibətilə təbrik edib. O, bildirib ki, ulu öndər Heydər Əliyevin 1993–cü ildə hakimiyyətə tarixi qayıdışının başlıca nəticəsi bugünkü Azərbaycan, onun sürətli inkişafı, hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir. Təbii ki, Azərbaycanın inkişafı, Heydər Əliyev yolu ilə irəliləməsi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlu nəticələri ulu öndərin yaratdığı və hazırda cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP–ın da güclənməsinə, sıralarının artmasına, cəmiyyətdə mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. Bu gün partiyanın sıralarında 450 min üzvün birləşdiyini deyən Ə.Əhmədov qeyd edib ki, partiyanın gücünü göstərən çoxlu vacib faktorlar var: "Bu gün məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP–ın intizamlı təşkilatlarından olan Qaradağ rayon təşkilatı üçün yeni, müasir
bina istifadəyə verilir. Bu hadisənin Milli Qurtuluş gününün 15–ci ildönümünə təsadüf etməsi müsbət haldır".
Onun fikrincə, yeni binanın istifadəyə verilməsi prezident seçkiləri ilində YAP rayon təşkilatının çoxsaylı üzvlərinin fəallığını daha da artıracaq.
Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin qərargahdakı büstünün önünə gül dəstələri qoyublar. Həmçinin, qərargahın şəraiti ilə tanış olublar.
Nardar BAYRAMLI

Siyasət