Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Ərdoğandan aravuranlara sərt cavab
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Aqil Xəlil budur
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününün 15 illiyinə həsr olunmuş konfrans keçirilib
İyun ayının 14–də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Hyat Recens" otelində Milli Qurtuluş Gününün 15 illiyinə həsr olunmuş konfrans keçirildi. Öncə konfrans iştirakçıları Fəxri xiyabana gedərək, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər. Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Onun sözlərinə görə, Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi də 1993–cü ildə ulu öndər Heydər Əliyevin tarixi qayıdışı ilə başlamış Qurtuluş məfkurəsi ilə əlaqədardır. "Ulu öndərin tarixi qayıdışının və ondan sonra həyata keçirilən islahatların nəticəsi kimi çıxış edən Qurtuluş müasir Azərbaycanın mövcudluğunun bilavasitə ifadəsidir. Ümummilli lider Heydər Əliyevin qayıdışı ilə 1990–cı illərin əvvəlində Azərbaycan, başının üstünü a
lmış real təhlükələrdən xilas olundu. Ölkəni bürüyən hərc–mərclik və xaosdan Azərbaycan qurtuldu. Azərbaycan iqtisadi tənəzzüldən xilas oldu. Xalqımız sabaha ümidsizlikdən xilas edildi. Yenicə müstəqillik əldə etmiş gənc dövlətin gələcəyini şübhə altına alan Azərbaycanın o zamankı səriştəsiz rəhbərliyinin fəaliyyəti nəticəsində ölkəmiz dücar olduğu beynəlxalq təcriddən xilas oldu. Bütün bunların nəticəsində Azərbaycan nəinki təhlükələrdən, böhrandan xilas edildi, eyni zamanda ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi və Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində Azərbaycanın gələcək inkişafı üçün elə etibarlı bünövrə yaradıldı ki, bu bünövrənin üzərində Azərbaycan sürətlə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşının həyatında əhəmiyyətli dönüş yaratmış Qurtuluş bu gün Azərbaycanın inkişafının, yüksəlişinin əsas istinad nöqtəsi kimi dərk edilir və dəyərləndirilir" deyə Ə.Əhmədov vurğuladı.
Onun fikrincə, Azərbaycan xalqı bu gün ölkənin sürətli inkişafını görərək ilk növbədə ulu öndər Heydər Əliyevin titanik səylərinin nəticəsi olan Qurtuluş məfkurəsini yada salır və rolunu yüksək qiymtələndirir. "Qurtuluş Azərbaycana nə bəxş etdi" sualına cavab verməli olsaq, bunun ən əhatəli cavabı bu olar ki, Qurtuluş Azərbaycana bugünkü reallığı, gerçəkliyi, yüksəliş tempini, perspektivləri bəxş etdi.
Ə.Əhmədov bildirdi ki, Qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha da sürətlənib. Xalqımız yeni həyatın başlanğıcını qoyan Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği istiqamətində səylər göstərir. YAP–ın Sədr müavini müstəqil dövlətimizin Qurtuluşdan ötən dövr ərzində qazandığı uğurlardan da geniş bəhs etdi. O, qeyd etdi ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Bu gün həmin marağın daha da artdığının şahidiyik. Böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir. Bugünkü reallıqlar ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini bir daha təsdiqləyir. Belə ki, ulu öndərin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi cəhətdən qüdrətələnən Azərbaycan bütün sahələrdə böyük inkiş
afa, tərəqqiyə nail olub. İnkişaf etmiş, zəngin Azərbaycan və vətəndaşlarının xoşbəxt həyatının təmin edilməsi 15 iyun – Qurtuluş tarixi ilə bağlıdır.
Ə.Əhmədov həmçinin, diqqəti payızda keçiriləcək prezident seçkilərinə də yönəltdi. O, vurğuladı ki, Prezident İlham Əliyevin son dörd ilə yaxın dövr ərzində gördüyü işlər onun prezident seçkilərində qələbəsini şəksiz edir: "Bu günün gerçəkliyi budur ki, Prezident İlham Əliyevin xalq arasında reytinqi gündən–günə artır. Həyata keçirilən siyasətin gələcəyinə böyük inam var. Xalq–iqtidar birilyi möhkəmdir, sarsılmazdır. Azərbaycanın tərəqqisində bu amilin rolu böyükdür. Xalqımız prezident seçkilərində Prezident İlham Əliyevə səs verməklə bir daha Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sürətli inkişaf konsepsiyasının həyata keçirilməsinə yenidən "hə" deyəcək".
Çıxış üçün söz alan YAP İdarə heyətinin üzvü, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirdi ki, gündən–günə qüdrətlənən, zənginləşən, dünyanın iqtisadi, siyasi, mədəni inkişafına öz töhfələrini verən beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dövləti 15 il bundan əvvəl vətəndaş müharibəsi və məhvolmanın astanasında idi. "Hər bir vətənpərvər azərbaycanlını yalnız bir sual düşündürürdu– Ölkəmiz bu ağır vəziyyətdən necə xilas olacaq?". H.Abutalıbov vurğuladı ki, 1991–93–cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı: "Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına– ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qaydışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü uğurlarımız Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir. Qarşıdan gələn prezident seçkilərinə toxunan H.Abutalıbov Prezident İlham Əliyevin qələbəsinə şübhə olmadığını dedi".
Millət vəkili Fəttah Heydərov çıxışında müstəqil dövlətimizin bugünkü durumu ilə müstəqilliyimizin ilk illərindəki vəziyyəti müqayisə etməklə Azərbaycanın hazırda inkişafın yüksək mərhələsində olduğunu qeyd etdi. O, bildirdi ki, ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə həsr edib. Xalqa xidmət, vətənə sədaqət hər iki dövrdə Ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib. F.Heydərov ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" fikrini xatırladaraq, 1991–93–cü illərdə yaşananlara diqqəti yönəltdi. O, qeyd etdi ki, müstəqil dövlət kimi varlığını itirmək təhlükəsini yaşayan Azərbaycan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükədən xilas oldu: "1994–cü ilin mayın 12–də atəşkəsin əldə olunması ulu öndərin düşünülmüş siyasətinin bariz nümunəsidir. Böhran içər
isində olan Azərbaycanı tərəqqi yoluna çıxarmaq üçün bu addımın atılmasını zəruri hesab edən Ümümmilli lider bütün çətinliklərə baxmayaraq, atəşkəsin imzalanmasına nail oldu. Azərbaycan dövləti daim ağrılı problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh siyasətinə üstünlük verdiyini bəyan edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, problemin həllinin bugünədək uzanması sülh siyasətinə sadiqliyimizi təsdiqləyir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva çıxışında bildirdi ki, Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dünyada tanındı. 1994–cü ildə atəşkəsə nail olunmasının iqtisadi tərəqqi üçün mühüm zəmin yaratdığını deyən A.Sofiyeva, ölkəmizin hazırda iqtisadi göstəricilərinə görə regionda və dünyada liderliyi ələ almasını ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının uğurlu nəticəsi kimi qeyd etdi. Onun sözlərinə görə, 1994–cü ilin sentyabrın 20–də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadiyyatına inteqrasiyanın əsası qoyuldu. Artıq çoxlarına əfsanə kimi görünən Bakı–Tbilisi–Ceyhan neft kəməri reallığa çevrilib. Kəmərin istimara verildiyi vaxtdan ötən bir il ərzində ölkəmizin iqtisadi, siyasi mövqeyində baş verən müsbət istiqamətdə dəyişikliklər göz qabağındadır. A.Sofiyeva ulu öndərin qadın, uşaq problemlərinin həllinə göstərdi
yi diqqət və qayğıdan geniş bəhs edərək bildirdi ki, Azərbaycanda ailə modeli tarixi köklərə malik modeldir. Tarixdə müəyyən təsirlərə məruz qalsa da, fundamental dəyərlər bugünədək qorunub saxlanılır. "Qadın məsələsini dövlət siyasəti səviyyəsinə ulu öndər Heydər Əliyev yüksəldib. Bu gün sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu siyasəti uğurla davam etdirir".
Millət vəkili Bəxtiyar Əliyev Azərbaycanın keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs etdi. O, bildirdi ki, bu uğurlarda ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin böyük rolu var. Ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də diqqət yönəldən B.Əliyev vurğuladı ki, YAP o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və çətin vəziyyətdə olan ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranan partiyadır. Çox çətin və şərəfli yol keçmiş YAP–ın bu gün cəmiyyətdə özünəməxsus yeri var. B.Əliyev 15 ildir iqtidar partiyası olan YAP–ın sıralarının həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmləndiyini qeyd edərək, bunu Ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsi kimi dəyərləndirdi. "Ulu öndər Heydər Əliyev müstəqillik yollarında yenic
ə addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həlli vacib məsələlərin dayandığını bildirirdi ki, bunlardan da biri xarici siyasətin düzgün qurulması, beynəlxalq aləmdə varlığını təsdiqləməsi, yeri və rolunu artırması idi".
YAP İdarə Heyətinin üzvü, millət vəkili Nizami Xudiyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək qeyd etdi ki, xarici siyasətin əsas tərkib hissələrindən biri iki və çoxtərəfli çərçivələrdə münasibətlərin qurulması və daha da inkişaf etdirilməsidir. O, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycanın bu sahədəki uğursuzluqlarına nəzər salaraq, 1993–cü ildən bəri əldə edilən nailiyyətləri diqqətə çatdırdı. Xarici siyasət bütün hallarda dövlətin, xalqın mənafeyinin, milli maraqların qorunmasına xidmət etməlidir. Azərbaycanın region və dünya dövlətləri ilə münasibətləri göz önündədir. N.Xudiyev ölkəmizin çoxtərəfli əlaqələrindən də danışaraq dedi ki, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyi gündən–günə möhkəmlənir. Natiq çıxışında Azərbaycanın xarici siyasətinin önündə dayanan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara daha çox diqqət yönəltdi. O, qeyd etdi ki, ulu öndər Heyd
ər Əliyev fəaliyyətinin əsas hissəsini Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, münaqişənin ədalətli həllinə yönəltmişdi. N.Xudiyev son dörd ildən artıq dövrdə Prezident İlham Əliyevin münaqişənin nizamlanması istiqamətində atdığı addımlardan da danışdı.
Konfransı yekunlaşdıran YAP Sədrinin müavini, icra katibi Ə.Əhmədov bildirdi ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Çünki Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi yazılıb. Qurtuluş sözün həqiqi mənasında ciddi elmi araşdırmalar predmetinə çevrilib. Bu bardə çoxlu sayda elmi əsərlər, publisistik yazılar yazılıb, yazılmaqdadır. "Biz yalnız Qurtuluş barədə kitablar yazmırıq, qurutuluşu yaşayırıq, yaşadırıq. Qurtuluşdan başlanan Azərbaycan reallıqlarını yaşayırıq. Qurtuluşun ortaya gətirdiyi gerçəkliyi yaşadan Azərbaycanı Heydər Əliyev siyasəti ilə uğurla inkişafa aparan Prezident İlham Əliyevdir. Azərbaycan inkişaf etdikcə Qurtuluş məfkurəsi yaşayır və bundan sonra da yaşayacaqdır" deyə Ə.Əhmədov vurğuladı.
Nardar BAYRAMLI

Siyasət