Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Prezident İlham Əliyev: Hazırda Azərbaycan bütün sahələrdə böyük inkişafa nail olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Fransa–Azərbaycan dostluq qrupunun sədri Jan–Lui Dümonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Fransa–Azərbaycan dostluq qrupu nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə daha yaxından tanış olmaq üçün qonaqlarda yaxşı imkan yaradacağını bildirib. Nümayəndə heyətinin iştirak edəcəyi Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirinə toxunan Prezident İlham Əliyev ölkəmizin müstəqillik tarixindən danışıb və hazırda Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və Fransa–Azərbaycan dostluq qrupunun əməkdaşlığımızın daha da genişlənməsi işində öz səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin başçısı Jan–Lui Dümon dostluq qrupunun bu tərkibdə Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirib. O, ölkəmizin siyasi, iqtisadi və enerji sahələrini əhatə edən bir sıra qurumları ilə səmərəli görüşlər keçirdiyini deyib, Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən demokratiyanın təmin olunması istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Jan–Lui Dümon nümayəndə heyətinin ölkəmizə bu səfərinin əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Siyasət