Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Prezident İlham Əliyev: Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən energetika sahəsində əlaqələr uğurla inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyev dünən İran İslam Respublikasının energetika naziri Seyid Pərviz Fəttahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı İran İslam Respublikasına sonuncu səfərini məmnunluqla xatırlayıb və bu səfər zamanı keçirilən görüşlərdən ötən dövr ərzində ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev İranın energetika nazirinin ölkəmizə bu səfərinin də energetika sahəsində əməkdaşlığımızın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Seyid Pərviz Fəttah İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələrə toxunaraq, bu baxımdan Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Siyasət