Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə uğurla və sürətlə inkişaf edir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə BMM–in sədri Köksal Toptanı qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dünən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı dost və qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev dedi ki, ölkələrimiz arasında elə bir sahə yoxdur ki orada işbirliyi olmasın. İkitərəfli münasibətlərimizdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı qeyd edib ki, hər iki ölkə parlamentləri istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda çox sıx əməkdaşlıq edir. Parlament nümayəndələrinin qarşılıqlı səfərləri və keçirilən vaxtaşırı görüşlər isə bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə Böyük Millət Məclisi nümayəndələrinin Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirlərində iştirak etməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bu səfərin həm də qonaqlara ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib. Dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdi
yi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
Qardaş və dost Azərbaycana ilk dəfə səfər etməsindən böyük məmnunluq hissi keçirdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan bildirib ki, biz, həqiqətən, xalqımızın Ümummilli lideri, böyük öndər Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlətik" və Azərbaycanda özümüzü vətəndəki kimi hiss edirik. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyini deyib. Ölkəmizə səfəri zamanı Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirlərində iştirak edəcəklərini qeyd edən Köksal Toptan səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmli olduğunu vurğulayıb.
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009