Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
ABŞ Polşa ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək planları iflasa uğrayacağı təqdirdə bu sistemin Litva ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. APA–nın məlumatına görə, rəsmi Vaşinqton hazırda bu məsələ ilə bağlı Litva hökuməti ilə danışıqlara başlayıb. Polşa xarici işlər nazirinin müavini, ölkə ərazisində ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ilə bağlı danışıqlara məsul şəxs Vitold Vaşikovski bu faktı təsdiqləyib: "Amerika Birləşmiş Ştatlarının Litva ilə danışıqlar apardığı faktını təsdiqləyə bilərəm. Bu barədə Litvanın müdafiə naziri ötən ay məni məlumatlandırıb və bu danışıqlardan xəbərimiz var".
ABŞ–ın Varşavadakı səfirliyi isə bu məlumatı təsdiqləməyib. Səfirliyin əməkdaşı bildirib ki, hazırda Polşa hökuməti ilə danışıqlar davam etdiyinə görə, Litva tərəfi ilə danışıqlar aparılmır. ABŞ Dövlət Departamentinin təmsilçisi Tom Keysi də hazırda alternativ variant kimi digər ölkələrlə danışıqlar aparıldığı barədə məlumatı təsdiqləməyib. O, Vitold Vaşikovskinin açıqlamasını şişirtmə adlandırıb: "Bizim əsas diqqətimiz Polşa ilə danışıqlar üzərində cəmləşib. Ümidvarıq ki, bu danışıqlar qısa müddətdə uğurla başa çatacaq".

Siyasət