Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
ABŞ prezidenti Corc Buşun bu yaxınlarda Avropaya etdiyi növbəti səfər və onun nəticələri beynəlxalq siyasi dairələrin xüsusi diqqət mərkəzində olub. Çünki, ABŞ–ın NATO, eləcə də digər nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmuş ən yaxın müttəfiqlərinin tam əksəri "köhnə dünya" adını daşıyan Avropada cəmləşib.
II Dünya Müharibəsindən sonra dünyada gedən siyasi proseslərlə bağlı Avropadakı müttəfiqləri ilə məsləhətləşmələr və onların siyasi–hərbi dəstəyinə bel bağlamaq ABŞ üçün daim mühüm əhəmiyyət kəsb edib.
Amerika diplomatiyası üçün artıq ənənəvi xarakter almış bu tip səfərlərdən heç nə ilə fərqlənməyən Avropaya son səfəri zamanı C.Buş Sloveniya paytaxtında ABŞ–Avropa İttifaqı sammiti çərçivəsində bu təşkilatın əsas nümayəndələri Joze Manuel Borroza və Xavyer Solana ilə görüşlər keçirib və Almaniya, İtaliya, Vatikan, Fransa, Böyük Britaniyada rəsmi səfərlərdə olub. Prezident C.Buşun bu ölkələrin rəsmiləri apardığı danışıqlarda hazırda beynəlxalq aləmdə ən aktual problemlər sayılan İraq, Əfqanıstandakı vəziyyət, Fələstin, Kosovo problemləri, İranın nüvə proqramı, enerji təhlükəsizliyi, ərzaq böhranı məsələləri və s. əsas müzakirə obyekti olub. Öncə onu qeyd edək ki, bəzi siyasi müşahidəçilər C.Buşun bu səfərinin uğurlu alınmadığını söyləsələr də, prezidentin Avropa turnesi zamanı ortaya çıxan müəyyən məqamlar bu səfərin heç də tam uğursuz olduğunu deməyə əsas vermir. Belə ki, bəzi məsələlər, xüsusilə, İranın nüvə proqramı ilə bağlı problemin müzakirəsi zamanı ABŞ ilə Avropa dövl
ətləri arasında fikir ayrılığının olmadığı ortaya çıxdı. Qeyd edək ki, prezident C.Buş Avropada etdiyi çoxsaylı çıxışlarında nüvə proqramı siyasəti ilə əlaqədar İran hakim dairələrini kəskin tənqid edərək bildirmişdi ki, rəsmi Tehran bu proqramı dayandırmayacağı təqdirdə daha ciddi beynəlxalq sanksiyalarla üzləşməli olacaq. Eyni zamanda, C.Buş bu problemlə bağlı "güc tətbiqi" variantının da gündəmdə olduğunu vurğulayıb. Öz növbəsində Avropa liderləri də bu məsələ ilə əlaqədar öz narahatlıqlarını söyləyib və problemin siyasi–diplomatik yolla həllinin vacibliyini qeyd ediblər. Ancaq Avropa rəsmiləri İranın "nüvə ambisiyalarından" əl çəkməcəyi halda bu rejimin beynəlxalq miqyasda təcridini gücləndirəcəklərini, o cümlədən, hərb variantının mümkünlüyünü dolayısı yolla nəzərə çatdırmaqla, əslində rəsmi Vaşinqtonla həmrəy olduqlarını nümayiş etdiriblər. Bu baxımdan, prezident C.Buş Fransa lideri Nikola Sarkozi tərəfindən daha kəskin dəstəyə nail olub. Belə ki, ABŞ və Fransa Tehran rejimindən doğan təhlükə ilə bağlı bu məsələdə birgə hərəkət edəcəklərini bəyan ediblər.
Ümumiyyətlə, Fransa ilə İtaliya kimi ölkələrdə ötən il və bu il baş vermiş hakimiyyət dəyişiklikləri ilə əlaqədar Vaşinqtonun bu dövlətlərin siyasi dairələrində mövqeyi daha da möhkəmlənib. Belə ki, istər Nikola Sarkozi, istərsə də İtaliyanın baş naziri Silvio Berluskoni Amerikapərəst mövqeləri ilə öz əvvəlki sələflərindən xeyli dərəcədə fərqlənirlər. Böyük Britaniyaya gəldikdə isə, bu ölkə ABŞ–ın Avropadakı müttəfiqləri sırasında dünyanın ən qaynar nöqtələrində rəsmi Vaşinqtonun mövqeyini əzmlə müdafiə edən ən etibarlı dövlət olaraq qalır. Əslində, Almaniya kansleri Angela Merkel də İranın nüvə proqramı problemi ilə bağlı Vaşinqtona öz rəsmi dəstəyini bildirib. Prezident C.Buşun səfər etdiyi ölkələrin hamısı Əfqanıstanda, Kosovoda, bəziləri isə İraqda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində ABŞ ilə yanaşı, beynəlxalq terrorçuluğa və mürtəce qüvvələrə qarşı öz missiyalarını həyata keçirirlər. Göründüyü kimi, prezidentin bu səfəri zamanı əksər məsələlərdə olmasa da, bəzi
problemlərlə bağlı ABŞ Avropadakı müttəfiqləri ilə ümumi dil tapa bilib. Onu da deyək ki, prezidentin Avropa turnesini "son vida səfəri" kimi dəyərləndirən bəzi siyasi müşahidəçilərin fikirləri bir qədər yersiz görünür.
Əslində, qarşıdakı prezident seçkilərində hansı siyasi qüvvələrin və ya namizədin – respublikaçı, yaxud demokratların Ağ Evə sahib olmasından asılı olmayaraq, ABŞ–ın beynəlxalq aləmdə strateji siyasi kursu varislik prinsipinə söykənir və faktiki olaraq ölkənin milli–həyati maraqlarına uyğun davam etdirilir. Yəni prezident C.Buşun son səfərinin nəticələrini və əhəmiyyətini də məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır. Bir vacib məqama da diqqət yetirmək yerinə düşərdi. Təxminən son 20 il ərzində dünyada baş verən böyük geosiyasi dəyişikliklərlə əlaqədar beynəlxalq aləmdə yaranan yeni şərait həm də qüvvə mərkəzlərinin yaranmasında və fəallaşmasında əks olunur. Qərbi Avropa da yeni güc mərkəzinə çevrilməkdədir. Bu gün Qərbi Avropanın bəzi hallarda ABŞ–ı qabaqlaması, bəzi hallarda isə Vaşinqtondan fərqli mövqe nümayiş etdirməsinin şahidi oluruq. Bəzən ABŞ–ın passivliyi fonunda Avropanın fəallığının artması onu göstərir ki, geosiyasi proseslərdə bu bölgənin rolu və mövqeyi xey
li güclənib. Əvvəllər ABŞ və Qərbi Avropanın fəaliyyətində paralellik görünürdü, bu gün isə müəyyən geosiyasi proseslərə münasibətdə fərqli baxışlar aydın hiss olunur. Avropanın yeni güc mərkəzinə çevrilməsində böyük rol oynamış ən mühüm amillərdən biri Şərqi və Mərkəzi Avropa ölkələrinin kommunist rejimlərindən qurtularaq azadlığa qovuşmaları ilə əlaqədardır. Bu proses də ümumAvropa siyasi məkanının möhkəmlənib genişlənməsi üçün şərait yaratdı.
Elxan RZAYEV

Siyasət