Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
İsrail və "Həmas" arasında atəşkəs barədə razılıq əldə olunub
Misirin vasitəçiliyi ilə bir aya yaxın davam edən İsrail– "Həmas" danışıqları öz bəhrəsini verib. Tərəflərin açıqlamalarına görə, İsrail və "Həmas" islamçı hərbi qruplaşması Qəzza bölgəsi, həmçinin, onun ətraf ərazilərinə tətbiq ediləcək atəşkəs barədə razılığa gəliblər. Analitiklərin fikrincə, bu razılaşma "Həmas"ın Qəzza bölgəsindəki hakimiyyətinin davamlı olduğunu növbəti dəfə təsdiq edib. Eyni zamanda, atəşkəsə razılıq verən rəsmi Təl–Əviv regionda sülhün əldə olunması üçün istənilən təşkilatla danışıqlar aparmaq imkanına malik olduğunu nümayiş etdirib. Baxmayaraq ki, İsrail "Həmas"ı terrorçu təşkilatların siyahısına daxil edib.
Qeyd edək ki, son həftələr İsrail Livanın "Hizbullah" hərəkatı ilə də əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparıb. Hətta Təl–Əviv Suriya ilə sülhün əldə olunması üçün vasitəçilərin iştirakı ilə çoxtərəfli sövdələşmələrə də başlayıb. İsrail regiondakı müsləman dövlətləri ilə çoxtərəfli əlaqələr qurmaqla əslində, bölgədəki mövcud gərgin vəziyyətin yumşaldılmasına çalışır. Çünki İsrail tərəfinin bu vaxtadək ayrı–ayrılıqda apardığı danışıqlar və əldə olunan sövdələşmələr qısa vaxt ərzində uğursuzluğa düçar olub. Buna görə də, rəsmi Təl–Əviv regiondakı bütün müsəlman tərəfləri ilə bərabər şəkildə sövdələşmə əldə etmək niyyətindədir.
Yayılan məlumatlara əsasən, "Həmas"la İsrail arasında əldə olunan razılaşma mərhələli şəkildə həyata keçiriləcək. Öncə İsrail bir ildən artıq davam edən Qəzza bölgəsinin blokadasını yüngülləşdirəcək. "Həmas" isə hücumları dayandıracaq. Bununla yanaşı, əsirlikdə saxlanılan israilli hərbi qulluqçu Gilad Şalitin azadlığa buraxılması məsələsi müzakirə olunacaq. İsrail həmçinin Qəzza bölgəsinin Misirlə sərhəddə yerləşən "Rəfah" nəzarət–buraxılış məntəqəsinin fəaliyyətinin bərpasına da razılıq verəcək.
"Həmas"ın lideri İsmayıl Haniyə dünən verdiyi bəyanatında bildirib ki, İsrail tərəfi ilə əldə edilən razılaşma "işğalın və blokadanın" aradan qaldırılmasına şərait yaradacaq. İsrailin baş nazirinin mətbuat katibi Mark Reqev isə jurnalistlərə deyib ki, sözdə razılıq hələ hər şey demək deyil: "Praktiki fəaliyyəti görmək istəyirik". Reqevin sözlərinə görə, "Həmas" tərəfi öncə, Qəzza bölgəsindən İsrail tərəfinə qarşı həyata keçirdiyi raket hücumuna son qoymalıdır. Bundan əlavə, fələstinlilər Qəzza bölgəsində "məşğul olduqları" silah qaçaqmalçılığını aradan qaldırmalı və israilli hərbiçi G.Şaliti azadlığa buraxmalıdırlar.
Xatırladaq ki, ötən ilin iyun ayında hakimiyyətə gələn "Həmas" qruplaşması Qəzzaya nəzarəti tam ələ keçirmək üçün İsrailin cənub ərazilərini tez–tez raket atəşinə məruz qoyub. İsrail isə öz növbəsində demək olar ki, hər gün "Həmas" və digər fələstinli hərbi qruplaşmaların üzlərinin zərərsizləşdirilməsi üçün əməliyyatlar keçirib. Nəticədə həm İsrail, həm də Fələstin tərəfindən xeyli sayda dinc sakin həlak olub. Buna görə də, hazırda tərəflər arasında əldə edilmiş atəşkəs barədə razılıq dinc əhali tərəfindən rəğbətlə qarşılanıb. İsrailin Sderot şəhərinin Bələdiyyə Şurasının üzvü Mixail Amsalemin sözlərinə görə, bundan sonra şəhərdə sakitlik olacaq və həyat öz axarına düşəcək.
Lakin bəzi İsrail siyasətçiləri "Həmas"la razılaşmaya pessimist yanaşırlar. Müxalifətçi "Likud" Partiyasının yetkilisi Yuval Şteynitsin fikrincə, bu razılaşma İran və "Həmas" üçün böyük qələbədir. "İsrail isə öz maraqlarını qurban verdi. Çünki "Həmas" Qəzzada mövqeyini gücləndirməklə bizim buradakı fəaliyyətimizi məhdudlaşdıracaq".
Daxildəki pessimist əhval–ruhiyyəyə baxmayaraq, "Həmas"la İsrail arasındakı sövdələşmə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Birləşmiş Ştatlar tərəflərin razılığa gəlməsini alqışlayıb. Siyasi müşahidəçilər hesab edir ki, artıq bu həftənin istirahət günlərindən etibarən, İsrail Qəzza bölgəsinə tətbiq edilən qadağanın yumşaldılmasına başlayacaq. Bunun müqabilində isə, "Həmas" İsrail ərazilərinin atəşə məruz qalmasını dayandırmalı olacaq.
Sonda əlavə edək ki, Qəzza bölgəsində atəşkəsə nail olunması ilə bağlı son razılaşma hələ 2006–cı ildə əldə edilib. Lakin İsrail tərəfi ilə Fələstin muxtariyyatı arasında əldə edilən bu sövdələşmə uzun çəkməyib. Bəzi analitiklər hesab edir ki, İsrail–"Həmas" sövdələşməsi də uzunmüddətli olmayacaq. Çünki həssas region olan Yaxın Şərqdə insanlar da çox həssasdır. Ona görə də istənilən təxribat tərəflərin atəşkəs barədə arzusunu ürəyində qoya bilər.
Vüqar XANLAROĞLU

Siyasət