Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
Koreyanın "Dong Sung Engineering" şirkəti cari ilin sentyabr ayında "Bakı Körfəzi Dəniz Körpüsü" Layihəsinin təqdimatını keçirəcək. Bu barədə "APA–Economics"ə Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər layihənin texniki–iqtisadi əsaslandırmasının son variantı Azərbaycan hökumətinə təqdim ediləcək: "Bundan sonra körpünün tikintisi ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur. Hazırda şirkət körpünün təqdimatını hazırlamaqla məşğuldur".
Avqust ayının ortalarında şirkətin mütəxəssisləri Bakıya gələrək Azərbaycan Nəqliyyat Nazirliyi ilə birgə layihə ilə bağlı müzakirələr aparacaqlar.
Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzərindən salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 14,5 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə ümumi uzunluğunun isə 26 km olacağı gözlənilir.
Qeyd edək ki, körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq.
Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsait ayıracaq. Ümumilikdə, dəniz körpüsünün 2015–ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.