Türkmənistan Azərbaycanla vahid elektrik enerjisi şəbəkəsinə qoşulacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Türkmənistan–Azərbaycan biznes forumunun keçirilməsi tərəflər arasında yeni sahələrdə əməkdaşlığa zəmin yaradır
Türkmənistan və Azərbaycanın siyasi–iqtisadi əlaqələrində son bir ildə müşahidə olunan dinamizm meyilləri hər iki ölkə üçün iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb. Tərəflər regionun iqtisadi və siyasi mənzərəsini dəyişə biləcək enerji–nəqliyyat marşrutlarının yaradılması istiqamətində işləri intensivləşdirməklə həm də müttəfiqliyin əsasını qoymaqdadır. Bu münasibətlər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri və danışıqlarla bərabər, biznes dairələrinin işgüzar görüşləri ilə yeni məzmun kəsb etməkdədir. Bu günlərdə Aşqabadda keçirilən Türkmənistan–Azərbaycan biznes forumu bir daha onu deməyə əsas verir ki, tərəflər arasında əməkdaşlıq üçün zəngin baza mövcuddur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundun təşkilatçılığı ilə keçirilən biznes–forumda iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığa başlamaq təklifləri nəzərdən keçirilib. Türkmənistan təkcə neft və qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində deyil, sənaye və kənd təsərrüfatı bölmələrində də işbirliyində maraqlı olduğunu gizlətmir. Xatırladaq ki, tədbirdə Azərbaycandan 20 iş adamı iştirak edib. Türkmənistan tərəfdən isə 13 nazirliyin nümayəndələri qatılıb ki, bunlar da vergi, gömrük, kənd təsərrüfatı və digər dövlət qurumlarının nümayəndələri olub. Türkmənistanın vergilər, maliyyə, kənd təsərrüfatı, gömrük nazirliklərinin nümayəndələri, Sənaye və Sahibkarlar İttifaqının sədri Aleksandr Kadayev, Ticarət və Sənaye Palatasının rəhbəri Pevlan Taqanov ticarət münasibətlərinin inkişaf etdirilməsinə maraq göstərildiyini vurğulayıblar. Ölkələr arasında ticarət və investisiya layihələrinə start vermək üçün hökumət qurumları arasında işçi qruplarının yaradılması t
əklif olunub. Bu sahədə Türkmənistanın Vergilər Nazirliyinin, Fond Birjasının və İqtisadiyyat Nazirliyinin köməyindən istifadə olunması qərara alınıb.
Türkmənistan tərəfi müxtəlif sahələr üzrə mal və xidmətlərin göstərilməsində Azərbaycanın mövcud potensialından istifadə edilməsini mümkün hesab edir. Ölkəmizdə özəl sektorun və sahibkarlığın inkişafını nəzərə alan türkmənlər bu sahədə azərbaycanlı iş adamlarının təcrübəsindən yararlana biləcəklər.
"Azpromo"nun prezidenti Emil Məcidov tədbir iştirakçılarına Azərbaycanın sosial–iqtisadi vəziyyəti haqqında, habelə, ölkə iqtisadiyyatı, investisiya mühiti, qanunvericilik bazası, inkişaf və əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verərək qarşı tərəfə istənilən köməyin göstərilə biləcəyini əmin edib. Qarşı tərəf artıq respublikamızın biznes nümayəndələri ilə birgə layihələrin icrasına başlamaq niyyətini bəyan edib. Bu məqsədlə yaxın günlərdə Türkmənistanın iş adamlarından ibarət böyük bir nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Yeri gəlmişkən, ikitərəfli əlaqələrin genişləndirilməsi və hər iki ölkənin mövcud potensialından səmərəli istifadə olunması məqsədilə sentyabrda Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin ötən gün bununla bağlı imzaladığı sərəncam onu deməyə əsas verir ki, Azərbaycan–Türkmənistan münasibətlərinin sıx müttəfiqlik mərhələsinə keçməsi üçün bütün səylər gücləndirilməkdədir. Bundan başqa, rəsmi Aşqabad respublikamızla vahid elektrik enerjisi sistemində də iştirak etməyi düşünür. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiya arasında elektrik enerjisi xəttinin çəkilməsi layihəsinə Türkmənistan da qoşula bilər.
Bu layihə hər bir tərəf üçün əhəmiyyət daşıyır və hansısa ölkədə enerji problemi meydana çıxdıqda işıq təminatını həll etməyə imkan verir. Sistem vasitəsilə qarşılıqlı enerji güclərindən istifadə etməklə pik saatlarında elektrik enerjisinə tələbatı ödəmək də mümkündür. Layihənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, bu şəbəkə ilə elektrik enerjisinin digər dövlətlərə ixrac olunmasına başlamaq olar. Azərbaycan gələn ildən etibarən elektrik enerjisinin Gürcüstan və İran ərazisi ilə Türkiyəyə, oradan isə Yunanıstana ixracına başlamaq niyyətindədir. Ümumilikdə, istər Azərbaycan, istərsə də Türkmənistan bu vahid sistemin köməyi ilə elektrik enerjisinin Avropaya çatdırılmasına nail ola biləcək. Bu, ölkələr arasında əlaqələrin daha bir faza üzrə möhkəmlənməsinə imkan yaratmış olacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009