Azərbaycan və Türkiyə hər iki ölkənin iş adamları üçün açıq investisiya məkanıdır

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Qardaş ölkə yaxın illərdə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşına çevriləcək
Dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsi, qloballaşmanın təsiri altında geosiyasi proseslərin daha dərin xarakter alması ölkələr arasında münasibətlərə də təsir etməkdədir. Hazırkı proseslər onu göstərir ki, dövlətlər arasında siyasi münasibətlərin möhkəmlənməsində və strateji müttəfiqliyin yaranmasında iqtisadi maraqlar daha çox rol oynayır. Türkiyə və Azərbaycanı isə bu maraqlar deyil, tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə güclü türk birliyi Türkiyə və Azərbaycanın siyasi–ictimai, iqtisadi–sosial və mədəni həyatında müşahidə olunub.
Həmişə qardaş ölkənin köməyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb, bu ölkələri bir–birinin problemlərinə diqqət və qayğı, inkişafına dəstək keyfiyyətləri birləşdirir. Bunun nəticəsidir ki, hər il ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq tellərinin möhkəmlənməsinə impuls verən keyfiyyət çalarları müşahidə olunur. Bu, Azərbaycanın və Türkiyənin qüdrətini, artan gücünü daha da dərinləşdirir.
Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın görüşündə müzakirə olunan elementlər bu birliyin yeni mərhələdə inkişaf perspektivlərinin uğurlarından xəbər verir. Ölkələr arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi barədə müzakirələrin aparılması, hökumət və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin bütün sahələr üzrə möhkəmlənməsini şərtləndirir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars layihələrinin gerçəkləşməsi nəinki regionun, bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu enerji–nəqliyyat dəhlizləri Azərbaycanın və Türkiyənin iştirakı ilə Avropanın yanacaq ehtiyaclarının ödənilməsində digər layihələrin həyata vəsiqə alması üçün zəmin yaradıb və Qara dəniz, Xəzər–Baltik, TransAvrasiya dəhlizlərinin yaradılması da Azərbaycanın 1994–cü ildə əsasını qoyduğu enerji bumunun məntiqi davamıdır. Bu gün ən nəhəng qaz və neft
kəmərləri Azərbaycan–Türkiyə məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni–yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan vermiş olur. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. Bu ölkənin iş adamlarının təmsil olunduğu "Azərsun–Holdinq" ölkəmizdə ən iri istehsal və xidmət şəbəkəsinə malikdir. Həmin şirkət qeyri–neft sektorunun nəhəng investorlarından sayıla bilər. Azərbaycanın yerli istehsal potensialının formalaşmasında sözügedən qurumun xüsusi payı var. Eləcə də "Efsen" şirkətlər qrupunun son illər yüngül sənaye ilə bərabər, maşınqayırma və texnologiyalar bölməsində müəssisələri istifadəyə verməsini qeyd etmək olar. "AtaHoldinq"in bütün bölmələrdə sərmayə proqramları, Azərbaycanın hər bir regionunu əhatə edən "Sinerji" konsepsiyası isə ümumilikdə ölkə hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin hədəflərini əhatə etməsi ilə fərqlənir. Bu şirkət yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında ən aktiv
iştirak edən investor sayıla bilər. Bu ölkə respublikamızın ticarət tərəfdaşları içərisində ilk yerlərdə dayanır və yaxın illərdə liderliyə sahib olacağı şübhəsizdir. Təxminən 5 il əvvəl ölkələrimiz arasında ticarət dövriyyəsi cəmi bir neçə yüz milyon dollar idisə, ötən il bu rəqəm 2 milyard dollara yaxınlaşıb. Bir neçə ildən sonra ticarət münasibətlərinin genişlənməsi həmin rəqəmin ən azı 3 milyard dollara çatmasına səbəb olacaq.
Bir sözlə, Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər "yaşıl işıq" yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qonşu dövlətə investisiya proqramının həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Türkiyənin ən nəhəng kimya kompleksi olan "Petkim"in səhmlərinin alınması, "Tekfen" şirkəti ilə səhmlərin alqı–satqısına dair sazişin imzalanması Azərbaycanın Türkiyədə ən böyük potensial investor kimi qüdrətinin artmasının nümunəsidir. Ümumilikdə iki ölkə arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının icrası yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatında dinamizm meyillərinin artmasına stimul vermiş olacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009