Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara daha çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Minimum əməkhaqqının artırılması sosial siyasətin əsas prioritetlərindən biridir
- Minimum əmək haqqının artırılmasına dair Prezident sərəncamı 600 mindən artıq vətəndaşa şamil olunacaq
- Prezident 700 bal toplayan sumqayıtlı tələbəyə mənzil həddiyə edib
- Mübariz Qurbanlı: Prezident İlham Əliyevin seçkilərdə bütün xalqın qarşısında lider kimi seçilərək növbəti dəfə uğur qazanacağına əminik
- YAP Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirib
- İnkişafı şərtləndirən pozitiv indikatorlar...
- Atatürkün partiyasında yeni dönəm başlayır
- Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib
Ombudsmanların VI Bakı beynəlxalq konfransı öz işinə başlayıb
Dünən Gülüstan sarayında BMT–nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və 18 İyun – Azərbaycanda insan hüquqları Gününə həsr edilmiş "Qloballaşan dünyada insan hüquqları" mövzusunda Ombudsmanların VI Bakı beynəlxalq konfransı öz işinə başlayıb.
Prezident Aparatı hüquq–mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı məktubu oxuyub. Məktubda deyilir: "Azərbaycanda İnsan hüquqları gününə həsr edilmiş "Qloballaşan dünyada insan hüquqları" mövzusunda Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının keçirilməsi münasibəti ilə Sizi təbrik edirəm, konfransın işinə müvəffəqiyyətlər arzulayıram.
Bu gün dünyamız sürətli dəyişikliklər dövrü yaşayır. Dəyişikliklər həm mədəniyyətdə, həm həyat tərzində və həm də sosial davranışda özünü büruzə verir. Bu isə öz növbəsində cəmiyyətdə mövcud olan hüquq sisteminə və mədəniyyətinə təsir göstərir, hüquq institutlarının təkmilləşməsinə və yenilərinin formalaşdırılmasına təkan verir, bütövlükdə cəmiyyətin inkişafını sürətləndirir.
Minilliyin məqsədlərinə uyğun olaraq insan hüquqlarının müdafiəsi, sosial–iqtisadi problemlərin həlli, qanunun aliliyinin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi demokratik, hüquqi dövlətin başlıca vəzifələridir.
Müasir dünyada özünəməxsus yer tutan, demokratik bəşəri dəyərləri bölüşən və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan dövləti insanların rifah səviyyəsinin, onların cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Hələ 10 il öncə Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir. Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara cavab olaraq insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulması, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasını ehtiva edən yeni Milli Fəaliyyət Planı 2006–cı ildə qəbul olunmuş və uğurla həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün mənfi təsirlərinə baxmayaraq ölkəmiz reg
ionda və dünyada dinamik inkişaf edən dövlət olaraq demokratik islahatları davam etdirir. Bununla yanaşı, Azərbaycan dövləti soyqırım və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, işğal olunmuş torpaqların azad edilməsi üçün sarsılmaz iradəsini və gücünü nümayiş etdirəcəkdir. Ümidvaram ki, ombudsmanlar və beynəlxalq təşkilatların nümayəndələri bu məsələlərə xüsusi diqqət yetirəcəklər və biz birlikdə insanların pozulmuş hüquqlarının bərpasına nail olacağıq. Azərbaycan insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq sistemin fəal üzvüdür və demokratiya sahəsində etibarlı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Əminəm ki, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransı insan hüquqlarının səmərəli təmin olunmasına öz töhfəsini verəcək, bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəkdir".
Tədbirə sədrlik edən İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, YUNESKO–nun dəstəyi ilə baş tutan konfrans mayın 19–dan iyunun 18–dək ölkədə keçirilmiş İnsan hüquqları aylığının yekun tədbiridir. Tədbirdə dünyanın 50 ölkəsindən ombudsmanların iştirak etdiyini qeyd edən E.Süleymanovanın sözlərinə görə, ombudsmanlar arasında qarşılıqlı əlaqələrin gələcək inkişafı, milli insan hüquqları təsisatları işinin daha da təkmilləşməsi, insan hüquqlarının təmini sahəsində fəaliyyətin gücləndirilməsi, təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edəcək bu tədbir ölkəmizdə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə yönələcək.
Ölkəmizə səfərindən qürur hissi duyduğunu, BMT–nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə bağlı Azərbaycanda tədbirlər keçirilməsini yüksək qiymətləndirdiyini söyləyən BMT–nin rezident əlaqələndiricisi Bruno Pouezat isə "biz hamımız – bütün ombudsmanlar öz ölkələrimizdə insan hüquqlarının müdafiəsinə çalışmalıyıq" deyə bildirib.
YUNESKO–nun Azərbaycanla əlaqələndiricisi Sergey Lazerev isə bəşəriyyətə aid olan insan hüquqlarının həm dövlət orqanları, həm qeyri–hökumət təşkilatları tərəfindən müdafiə edilməli olduğunu vurğulayıb.
Qısa fasilədən sonra qloballaşan dünyada insan hüquqlarının müdafiəsi problemləri və perspektivlərindən danışılıb. Elmira Süleymanova "İnsan hüquqlarının müdafiəsində Ombudsmanın fəaliyyəti" mövzusunda məruzə edərək, Ombudsman İnstitutunun altıillik fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb: "Artıq altı ildir ki, Ombudsman İnstitutu fəaliyyət göstərir. Yarandığı ilk gündən beynəlxalq qurumlarla – ATƏT, BMT, YUNESKO və s. bu kimi nüfuzlu təşkilatlarla əlaqələr qurmuşuq. Beynəlxalq təcrübəni öyrənib onu öz ölkəmizə uyğunlaşdırmaqla, əlbəttə ki, bu işdə qanunvericiliyimizi beynəlxalq normalara uyğunlaşdırmaqla tətbiq etmişik".
Son bir ayda insan hüquqları ilə bağlı ölkənin ayrı–ayrı yerlərində silsilə tədbirlər keçirildiyini nəzərə çatdıran E.Süleymanova həmçinin təhsildə ayrıseçkiliyin aradan qaldırılması, əlillərin hüquqlarının müdafiəsi, gender bərabərliyi ilə bağlı çoxsaylı şikayətlərə baxıldığını və görülən müvafiq işlərin müsbət nəticə verdiyini söyləyib. 2006–cı ildə ölkə başçısının Sərəncamı ilə qüvvəyə minmiş Milli Fəaliyyət Planının Ombudsman Aparatının işində ciddi dönüş yaratdığını söyləyən o, öz yurd–yuvalarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünün sosial–məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən sonuncu qaçqın düşərgəsinin ötən il ləğv edilməsinə baxmayaraq, işğal olunmuş torpaqlarımızın hələ də düşmən tapdağı altında qaldığını və bir milyondan artıq insanın hüquqlarının hələ də təmin olunmadığını vurğulayıb.
"Yadımdadır ki, yarandığı il ona hansı ad verilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikir səslənməsinə səbəb olan Ombudsman İnstitutu artıq bu altı ildə özünü təsdiq edib. Bu altı ildə Elmira xanımın rəhbərliyi ilə elə xidmətlər göstərilib ki, cəmiyyətdə artıq bu quruma inam və etibar yaranıb" – deyə çıxışına başlayan Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlarla bağlı məruzə edib. Son görülən işlər sırasında Ombudsman Elmira Süleymanova ilə birlikdə Gürcüstanda səfərdə olduğunu bildirən Q.Paşayeva qonşu ölkənin Ombudsmanı Sozar Subarinin dəstəyi ilə Azərbaycanlıların yaşadığı ərazilərdə bu qurumun filialının açılmasına nail olduqlarını da dilə gətirib.
Milli Məclisin şöbə müdiri Lətif Hüseynovun "İnsan Hüquqları Ümumi Bəyannaməsinin insan hüquqlarının müdafiəsində rolu" mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Fasilədən sonra "Əhalinin risk qruplarının hüquqlarının müdafiəsi" mövzusu ilə bağlı çıxışlar dinlənilib. Belə ki, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin "Əhalinin hüquqi və sosial müdafiəsi sahəsində qanunvericiliyin vəziyyəti və inkişaf perspektivləri", Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini Hüseyn Əlixanovun "Məhkumların insan hüquqlarının təmin olunması və penitensiar müəssisələrin şəraiti" ilə bağlı çıxışlar da maraqla qarşılanıb.
Qeyd edək ki, toplantıda BMT–nin insan hüquqları üzrə Ali Komissarının və Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının nümayəndələri, YUNESKO–nun Baş ofisinin təmsilçisi, bir sıra Avropa, Asiya, Afrika, həmçinin MDB ölkələrinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Polşa Macarıstan, Albaniya, Litva, Pakistan, Misir, Rusiya Federasiyası, habelə, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstanın milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak edirlər.
Beynəlxalq konfrans işini bu gün davam etdirəcək.
Zərnişan AĞAQIZI

Siyasət