Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Türkmənistan Azərbaycanla vahid elektrik enerjisi şəbəkəsinə qoşulacaq
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
Ermənistan baş prokurorunun keçmiş müavini Qagik Cangiryanın həbs müddəti uzadılıb. "Armenia Today" saytının verdiyi məlumata görə, istintaq orqanının xahişi ilə belə bir qərar dünən qəbul edilib. Qeyd edək ki, Q.Cangiryana qarşı irəli sürülən ittihamlar iyunun 13–də qismən dəyişdirilib. Xüsusi istintaq xidmətinin xüsusi işlər üzrə baş müstəntiqi baş prokurorun keçmiş müavininə qarşı Cinayət Məcəlləsinin 235–ci maddəsinin 1–ci bəndi ilə (qanunsuz silah saxlama) ittiham irəli sürülməsindən imtina edib. Silahla bağlı sənədlər ilk gündən təqdim edilməsinə baxmayaraq, həbsdən ancaq 4 ay sonra baş prokurorun keçmiş müavininin üzərindəki silahın qanuni olduğu etiraf edilib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 300–cü maddəsinin 1–ci bəndi (dövlət hakimiyyətinin qəsb edilməsi) ilə iş açılıb. Bundan əlavə, keçmiş müavin daha 2 maddə ilə ittiham olunur. Q.Cangiryan isə bütün ittihamları rədd edib. Müdafiə tərəfi bildirir ki, istintaq orqanının yeni qərarı Cangiryanın siyasi motiv
lərlə təqib edildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, Q.Cangiryan müxalifətin mitinqlərindən birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Ertəsi gün onu həbs edərək hakimiyyət nümayəndəsinə zor tətbiq etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər.
lərlə təqib edildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, Q.Cangiryan müxalifətin mitinqlərindən birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Ertəsi gün onu həbs edərək hakimiyyət nümayəndəsinə zor tətbiq etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər.









