Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Baş katibin Kiyev səfəri uğurla nəticələnib
Son vaxtlar Rusiya ilə NATO arasında münasibətlər gərginləşməyə başlayıb. Bunun ilkin işartıları isə NATO–nun Buxarest sammitində hiss edildi. Həmin vaxt Gürcüstan və Ukraynanın Alyansa qəbul olunmaması Rusiyanın qələbəsi kimi dəyərləndirildi. Çünki məhz Moskvanın qəzəbli bəyanatları sonda Alyansı bu məsələyə bir qədər ara verməyə məcbur etdi. Lakin elə həmin vaxt əksər müşahidəçilər Rusiyanın sevinməsinin uzun sürməyəcəyi qənaətində idilər. Onlar hesab edirdilər ki, Buxarest sammitindəki uğur Kreml üçün Pirr qələbəsinə bərabər olacaq. Bu da səbəbsiz deyildi.
Məsələ burasındadır ki, sammitdən dərhal sonra NATO–nun Rusiya hakimiyyətinin Ukrayna və Gürcüstanın Alyansa daxil olmasına yol verməmək üçün hansı tədbirlər görmək niyyətində olması ilə bağlı izahat gözlədiyinə dair bəyanatlar səsləndirildi. Bunu jurnalistlərə açıqlamasında NATO rəsmisi Ceyms Appaturay bəyan etdi. NATO rəsmisi xatırlatdı ki, NATO Şurası üzvlərinin 2–4 apreldə Buxarestdə Ukrayna və Gürcüstanla bağlı qərarı çox aydın olub və onlar Alyansa qəbul olunacaq. Ceyms Appaturayın sözlərinə görə, NATO yeni üzvləri üçün açıqdır və məhz müttəfiqlər kimin Alyansa qəbuluna qərar verəcək.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya, Ukrayna və Gürcüstanın NATO–ya qəbuluna yol verməmək üçün əlindən gələni edəcək. Lakin NATO rəsmisinin son açıqlaması alyansın bu xəbərdarlığa məhəl qoymayacağına işarə edirdi. Bunun ardınca isə Ukraynada Rusiya ilə münasibətlərə yenidən baxılmasına dair fikirlər səslənməyə başlandı. Bu fikirlərin müəllifləri bəyan etdilər ki, artıq Rusiya ilə "qardaşlıq münasibətlər"inə son qoymaq lazımdır. Daha doğrusu, onlar Buxarest sammitinin heyfini çıxmaq məqsədi ilə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olunmasını əngəlləmək təklifi ilə çıxış etdilər.
Hadisələrin bu axarla inkişaf etdiyi bir ərəfədə isə NATO–nun baş katibi Yaap de Hoop Sxefferin Ukraynaya ikigünlük səfəri baş tutdu. Alyansa daxil olan 26 ölkənin hamısının nümayəndələrinin təmsil olunduğu səfər zamanı bir sıra maraqlı görüşlər keçirilib. Qeyd edək ki, rəsmi Kiyev bu səfərə böyük önəm verir. Hər halda NATO heyətinin ölkəyə şəxsən prezident Viktor Yuşşenko tərəfindən dəvət edilməsi də bunu təsdiqləyir. Ukrayna NATO üzvü olmağa çalışır və ölkənin hakimiyyət dairələri bu ilin sonuna kimi Alyansa daxil olmaq prosesinin növbəti mərhələsini adlamağa ümid edirlər. Bu isə NATO–ya daxil olmaq üçün tədbirlər planına başlamaq icazəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, Ukrayna, əslində, bu plana hələ aprel ayında, NATO–nun Buxarest sammitində başlamaq istəyirdi. Lakin Kiyevin ərizəsinə sonra baxılacağı bildirildi.
Beləliklə, səfər ərzində NATO nümayəndələri prezident, baş nazir və parlament fraksiyalarının rəhbərləri ilə görüşüblər. Səfər ərəfəsində jurnalistlərə açıqlama verən Ukraynanın müdafiə naziri Yuri Yexanurov bəyan edib ki, onun ölkəsi NATO–da öz yerini tapmağa çalışır, eləcə də Alyansın Əfqanıstan və Kosovoda həyata keçirdiyi bütün hərbi əməliyyatlarda iştirak edir. Onun sözlərinə görə, Ukrayna NATO təmsilçilərinə ölkənin bu bloka daxil olmağa nə qədər hazır olduğunu göstərmək üçün bütün mümkün səyləri göstərəcək.
Yeri gəlmişkən, NATO–nun baş katibinin səfərin son günü verdiyi açıqlaması Kiyevin zəhmətinin hədər getmədiyindən xəbər verir. Məlumatlara əsasən, Yaap de Hoop Sxeffer Ukraynaya səfərinin sonunda bəyan edib ki, bu ölkənin ilin sonunadək Şimali Atlantika Alyansına üzvlüyə rəsmi namizəd olması üçün konsensusun əldə edilməsinə çalışacaq. Bu, əslində, Ukraynanın NATO–ya üzvlüyünə "yaşıl işığın" yandırılması kimi qəbul edilməlidir.
Nadir AZƏRİ

Siyasət