YAP–ın dörd yüz əlli mininci üzvü partiyaya daxil olmasının səbəblərini açıqladı

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Gənclər dövlət rəhbərliyinin həyata keçirdiyi siyasəti tam dəstəkləyirMəlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artıq dörd yüz əlli minə çatıb. Bir neçə gün öncə partiyanın dörd yüz əlli mininci üzvü – Azərbaycan Müəllimlər İnstitutunun I kurs tələbəsi Şahanə Məmmədcanovaya YAP–ın üzvlük vəsiqəsi təqdim olunub. Ş.Məmmədcanova ilə söhbətimizdə o, YAP–a üzv olmasının səbəblərini açıqladı:
– Tarixi zərurətdən yaranan YAP ölkəmizin ictimai–siyasi həyatında həlledici rol oynayır. Fikrimcə, partiyanın güc mənbəyi onun ideyalarının xalqla bağlı olmasından irəli gəlir. Azərbaycançılıq, müstəqil dövlətçilik, qanunçuluq, sosial ədalət və proqramda elan olunmuş digər ideya prinsipləri xalqımızın bütün təbəqələrinin, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin arzu və istəklərini ifadə edir. YAP–ın tarixi ümumazərbaycan mənafeləri uğrunda mübarizə tarixidir. Düşünürəm ki, biz var qüvvəmizlə bu partiyanın ətrafında güclü birlik yaradaraq ümummilli problemlərimizin həlli məsələsində çox ciddi şəkildə çalışmalıyıq. Mən bir gənc olaraq ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın üzvü olmağı özümə şərəf bilirəm. YAP–ın Sədr müavini Əli Əhmədov partiya vəsiqəsini mənə təqdim edərkən həyəcan hissləri keçirdim. Çünki Ümummilli liderimizin imzası olan vəsiqəni daşımaq və bununla da Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq böyük məsuliyyətdir. Mən bu məsu
liyyəti dərk edirəm və gələcək fəaliyyətimdə üzərimə düşən vəzifələri layiqincə yetirməyə çalışacağam.
– Dövlətin gənclər siyasətinə münasibətiniz necədir? YAP–a üzv olmağınızda bu amil nə dərəcədə rol oynadı?
– Qeyd etmək istəyirəm ki, YAP–ın hər bir üzvü ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi və Heydər Əliyev ideyalarının daşıyıcısıdır. Bu məktəb Azərbaycanın müstəqil dövlətçiliyə gətirib çıxarıb, onun istiqlalının əbədiliyini və dönməzliyini təmin edib. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranmış partiyanın tutduğu yolun düzgünlüyünü həyat özü təsdiq edib, YAP–ın ideya və prinsiplərinin reallaşması istiqamətində indiyədək çox böyük işlər görülüb. Hazırda isə əbədiyaşar liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ulu öndərimizin digər sahələrdə olduğu kimi, Azərbaycan gəncliyinə də diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün YAP–ın sıralarında 180 mindən artıq gənc birləşir. Təbii ki, gənclərin bu partiyaya axınında məhz dövlətin gənclər siyasətinin də xüsusi rolu var. Bu gün Azərbaycan gənclərinin
fəaliyyəti, təhsil alması və öz bacarıqlarını üzə çıxarması üçün bütün imkanlar var. Gənclərin dövlət idarəçiliyinə irəli çəkilməsi də bütün bunların bariz nümünəsidir. Əlbəttə, biz gənclər dövlət rəhbərliyinin fəaliyyətini öz əməlimizlə doğrultmalıyıq. Biz gəncləri daha çox torpaqlarımızın işğalı narahat edir. Hesab edirəm ki, bu torpağın hər bir vətəndaşı, o cümlədən, gənclər düşmənə qarşı bütün istiqamətlərdə mübarizə aparmalı, Azərbaycanın haqq işini dünyaya bəyan etməliyik.
– Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə gənclərin vəzifələri nədən ibarətdir və gənclər öz potensialından bu prosesdə necə istifadə etməlidir?
– Azərbaycanın bir gənc vətəndaşı olaraq düşünürəm ki, ölkəmizin gələcək siyasi taleyi YAP–la bağlıdır, ondan ayrılmazdır. Ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə qeyd etdiyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan böyük uğurlar qazanır və bu uğurlar daha böyük vüsət almaqdadır. Fikrimcə, Azərbaycan seçiciləri bu seçkilərdə xalqımızı xoşbəxt gələcəyə aparan siyasətə – Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən İlham Əliyevə səs verəcək. Azərbaycan gəncliyi də böyük qüvvədir. Şübhə etmirəm ki, gənclərimiz qarşıdan gələn seçki kampaniyasında Prezident İlham Əliyein ən fəal təbliğatçıları olacaq. Buna gənclərin potensialı tam imkan verir. Onu da vurğulamaq istəyirəm ki, bu prosesdə üzvü olduğum YAP Nərimanov rayon təşkilatı fəallığı ilə birincilər sırasında olacaq.
– Bəs, təhsil aldığın ali məktəbdə tələbələrin siyasi baxışları necədir?
– Mən Azərbaycan Müəllimlər İnstitutunun "Pedaqogika və filalogiya" fakültəsinin I kurs tələbəsiyəm. İnstitutun istər müəllim kollektivi, istərsə də tələbələr Azərbaycanda bu inkişafı hiss edir, görür və yüksək qiymətləndirirlər. Onu da vurğulamaq istəryirəm ki, bu sürətli inkişaf yolu Azərbaycan Müəllimlər İnstitutundan da yan keçməyib. İnstitutumuzda dövlətimiz tərəfindən günbəgün artırılan diqqət və qayğı, eləcə də, təhsil müəssisəsinin rəhbərliyinin yaratdığı çox yüksək şərait dərin və əsaslı biliklər əldə etməyimizə səbəb olub. Əlbəttə ki, tələbələr onlar üçün yaradılmış bu imkanı yüksək qiymətləndirir və dövlət rəhbərliyinin siyasətini dəstəkləyirlər. 200 nəfərə qədər tələbənin YAP–a üzv olması da bu inamın təzahürüdür.
Nardar BAYRAMLI

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009