Sənayenin inkişaf bumu

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanda sənayeləşmənin yeni mərhələsi başlayır
Ölkədə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə nail olan Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş iqtisadi strategiya respublikamızın dünya dövlətləri içərisində özünəməxsus inkişaf yoluna görə fərqlənməsinə səbəb olub. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə qarşılıqlı əlaqələndirilməsi Azərbaycanın regionun və Avrasiya məkanın ən etibarlı, dinamik inkişaf edən ölkə kimi nüfuzunun güclənməsinə dərin baza yaradıb. Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev "Modernləşdirmə xətti yenə də gündəlikdədir" məqaləsində ölkəmizin məhz bu dinamizm tendensiyasına xüsusi diqqət çəkib. Akademik Azərbaycanın yeni inkişaf erasının başlıca elementlərinə nəzər yetirərkən sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacağına toxunur.
Ramiz Mehdiyevin qənaətinə görə, Azərbaycanda sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə ölkənin zəngin valyuta ehtiyatları əlverişli impuls verəcək. "2008–2013–cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrüdür. İntensiv iqtisadi inkişaf imkan yaradır ki, sənaye potensialının artması bizim üçün ölkənin inkişafının mühüm prioritet istiqamətinə çevrilsin, sənayeləşmə prosesi yüksək sürətlə getsin. Bunun üçün zəruri valyuta ehtiyatları vardır. Sonrakı illərdə təzə iş yerləri açılacaq, postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaradılacaqdır".
Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son beş ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Təsadüfi deyil ki, bu gün sənaye istehsalının artım tempi ilə Ümumi Daxili Məhsulun dinamikası eyni səviyyədədir. Məsələn, ötən il ÜDM 27 faiz, sənaye isə 24 faizlik artımla başa çatıb, bu isə həmin sahənin iqtisadiyyatda lokomotiv rolu oynadığını təsdiqləyir. Bu gün milli məhsulun 20 milyard manatdan çox hissəsi də məhz sənaye məhsulundan ibarətdir. Azərbaycan sənayenin inkişaf tempinə görə son 2 ildə MDB dövlətləri içərisində ilk yerlərdə dayanır, bu ilin 5 ayı üzrə makroiqtisadi göstəricilərdə də sənaye məhsulunun həcminə görə ilk üçlükdə qərar tutub. Azərbaycanda sənayenin inkişafına neft sektoru impu
ls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri, bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, neft sənayesinin çəkisi ilə bərabər, digər sənaye sahələrinin artım tempi daha yüksək olub. Məsələn, sənayenin real həcmi son 4 ildə 3 dəfəyə yaxın artıb və burada maşınqayırma, metallurgiya, kimya kompleksi, mədənçıxarmanın payı daha yüksək olub. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ay əvvəl Gəncə zonasına səfəri zamanı sənaye müəssisələrinin vəziyyəti ilə tanış olarkən bəyan edib ki, ölkədə yeni sənaye müəssisələrinin yaradılması üçün geniş baza var və bu, hökumətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək. Respublikamızın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə–Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradıb. Gəncədə polad kompleksinin və Det–al alüminium zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu iki zavod kompleksinin tikintisi nəticəsində Azərbaycan çox böyük iqtisadi imkanlara nail olacaq. Təkcə, bu sahəyə qoyulan investisiyaların həcmi 1 milyard dollardan çox olacaq.
Hökumət yaxın 5 ildə sənayeləşmənin inkişafına ən azı 3 milyard dollar kapital yönəltməyi nəzərdə tutur. 2008–2013–ci illəri əhatə edən Dövlət Proqramının da əsas hədəfləri alüminum, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Bu müəssisələrin inkişafı Azərbaycanın sənayesinə çox güclü təkan verəcək və sənayemiz ən yüksək dünya standartlarına cavab verən məhsulları dünya bazarına ixrac edəcək. Təkcə Gəncədəki müəssisələrdə 1 milyon ton polad və 100 min ton alüminium istehsal olunacaq. Bu müəssisələr həm də yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayacaq. Gəncənin 2 minə yaxın işsiz sakini bu müəssisələrdə işlə təmin olunacaq. Azərbaycanın sənaye potensialının "onurğa sütunu" olan "Azərkimya" Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin də yenidən qurulması hökumətin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Sənaye və Energetika Nazirliyi sənayenin və bununla yanaşı, kimya sənayesinin perspektiv inkişafı ilə əlaqədar yeni proqram hazırlayıb. Bu sənədin əsas istiqamətləri yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisindən və yenidən qurulmasından ibarətdir. Hökumətin digər planı Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması ilə bağlıdır. Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesi inkişaf bumunu yaşayır və bu layihənin reallaşması Azərbaycanın regionda nəhəng sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009