Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Prezident İlham Əliyev Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanı qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dünən Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Akca Nurberdıyeva Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin vacibliyini qeyd edən qonaq bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik olaraq inkişaf etdiyini vurğulayıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev həmin səfərin əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi işinə xidmət göstərdiyini bildirib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş edib.

Siyasət