Yanvar–may aylarında Azərbaycanda pul emissiyasının həcmi 250 mln. manata çatıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bu ilin may ayının 1–dək Azərbaycanın maliyyə–kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 5 216,7 mln. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 69,6% çox kredit verilib.
Dövlət Statistika Komitəsindən "APA–Economics"ə verilən məlumata görə, uzun müddətə verilən kreditlərin həcmi 2 dəfə artaraq 3,382 mlrd. manata çatıb, onun ümumi kreditləşmədə xüsusi çəkisi isə 2007–ci ildəki 56,3%–dən 64,8%–dək yüksəlib. Ödənilmə vaxtı keçən kreditlərin məbləği 108,1 mln. manat olub ki, bu da ümumi kreditləşmənin 2,1%–ni təşkil edir.
Milli Bankın məlumatına görə, 2008–ci ilin yanvar–may aylarında dövriyyəyə 7,504 mlrd. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 7 257,2 mln. manat daxil olub və emissiya 249,6 mln. manat təşkil edib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009