Terim: Almanlardan qorxmuruq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Türkiyə milli komandası Almaniya yığması ilə Avropa çempionatının yarımfinal oyununa ciddi itkilərlə çıxacaq. Fatih Terim iyunun 25–də İsveçrənin Bazel şəhərində keçiriləcək yarımfinal matçında komandanın lideri Nihat Qəhvəçinin xidmətindən yararlana bilməyəcək. Xorvatiya ilə matçda əzələsini dartdığından əvəzlənən kapitanın zədəsi ciddidir və onun üçün Avro–2008 artıq başa çatıb. Belə ki, müayinə 29 yaşlı hücumçunun 6 həftə yaşıl meydandan kənarda qalacağını aşkara çıxarıb. Xorvatlarla görüşdə cəzalı duruma düşən müdafiəçi Əmrə Aşiq, orta xətt oyunçusu Arda Turan və hücumçu Tuncay Şanlı da almanlara qarşı oynamayacaqlar. Qapıçı Volkan Dəmirəlin cəza müddəti başa çatmadığı üçün o da yarımfinal görüşündə iştirak etməyəcək. Zədəli müdafiəçilər Sərvət Çətinlə Əmrə Güngör, həmçinin yarımmüdafiəçi Tümər Mətin də zədə səbəbindən meydana çıxa bilməyəcəklər. F.Terim almanlarla görüşdə müdafiə xəttində yaranmış boşluğu doldurmaq üçün taktiki dəyişikliklərə əl atacaq. Belə ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Mehmet Topalı müdafiənin mərkəzinə çəkməyə qərar verən F.Terim onu Gökhan Zanla yanaşı oynadacaq. Türkiyəli mütəxəssis belə problemlərin yaranma ehtimalını göz önünə gətirərək Avro–2008–ə bəzi hazırlıq matçlarında gənc M.Topalı müdafiənin mərkəzində sınayıb.
Bu futbolçunu dayaq yarımmüdafiəçisi mövqeyində cəzası başa çatan Mehmet Aurelio əvəzləyəcək. Türkiyə yığmasının əsas kapitanı Əmrə Bələzoğlunun zədəsi isə düzəlib və fiziki hazırlığı normal olarsa, onun yarımfinalda meydana çıxacağı gözlənilir. Qeyd edək ki, 8 futbolçusunu itirən F.Terimin sərəncamında biri qapıçı olan 15 oyunçu qalıb. İtaliya mətbuatına müsahibə verən Terim Almaniyadan qorxmadıqlarını və onları məğlub etmək gücündə olduqlarını bildirib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009