Azərbaycan mahnıları və rəqsləri bu dəfə Fransada musiqı bayramında

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Ötən həftənin sonunda dünyanın 100–dən artıq ölkəsində, o cümlədən, Fransada əsası 1982–ci ildə qoyulan 27–ci ənənəvi musiqi festivalı keçirilib.
Fransanın şəhər, qəsəbə və kəndlərində olduğu kimi, Strasburqda da qeyd olunan bayramda, ötən illərdən fərqli olaraq, bu şəhərdə yaşayan əcnəbilərin Əlaqələndirmə qurumunun (CARES) təşəbbüsü, Azərbaycan Mədəni Əlaqələr Dərnəyinin və "Azərbaycan evi"nin təşkilatçılığı ilə xalq mahnıları səslənərək, milli rəqslərimiz nümayiş olunub.
Strasburqda təhsil alan həmyerlilərimiz Laçın Bayramova və Pərvanə Əsgərovanın səsləndirdikləri "Sarı gəlin", "Ala gözlüm" və "Sevgilim" mahnıları, eləcə də, İqdır azərbaycanlıları rəqs qrupunun ifası tamaşaçıların xüsusi rəğbətinə səbəb olub.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009