Sosial–iqtisadi islahatlar hakimiyyətin prioritetidir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
"Bizim məqsədimiz ölkəni möhkəmləndirmək, onun gücünü artırmaqdır, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, ölkənin qarşısında duran bütün məsələlər öz həllini tapsın, regionda mövqelərimiz güclənsin".
Ölkə prezidenti İlham Əliyevin nitqindən götürülən bu fikir, əslində, hökumətin fəaliyyət strategiyasının böyük bir hissəsini təşkil edir. Demokratik transformasiyanın mahiyyətini və uğurunu məhz iqtisadi firavanlıq müəyyənləşdirir. İlham Əliyevin prezidentliyinin birinci dövründə məhz iqtisadiyyat onun həyata keçirdiyi islahatların öncül istiqaməti oldu.
Bu məqsədə nail olmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirdi və keçirməkdədir. Əhalinin layiqli həyat səviyyəsinə nail olunması, yoxsulluq səviyyəsinin azaldılması, gəlirlərin bölgüsündə ədalətlilik prinsipini təmin edən səmərəli mexanizmin yaradılması hökumətin qarşısına qoyduğu əsas vəzifələrdən oldu. Həmin siyasətin davam etdirilməsi üçün isə bundan sonra müvafiq tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
Mövcud dövlət proqramları və həyata keçirilən iqtisadi siyasət strategiyası onu deməyə əsas verir ki, layiqli həyat tərzini təmin edəcək gəlir əldə etməsi üçün əməkqabiliyyətli əhaliyə müvafiq iqtisadi şərait yaradılacaq. Bu şərait onlara öz gəlirləri müqabilində yüksəkkeyfiyyətli xidmətlərdən istifadə etmək imkanı verəcək. Aztəminatlı əhalinin sosial müdafiəsi və sosial təminatının səmərəliliyi yüksəldiləcək, mükəmməl sosial–müdafiə sistemi qurulacaq.
Artıq bu məqsədlə nəzərdə tutulan iş mexanizmi də bəllidir. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması üçün müvafiq iqtisadi şəraitin təmin edilməsi, işsiz vətəndaşların və qeyri–məşğul əhalinin peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılmasını təşkil etməklə işəgötürənlərin tələbatı və əmək bazarının təkliflərinin tarazlaşdırılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Vətəndaşların işsizliyi dövründə onların sosial müdafiəsinin təmin edilməsi, işsizliyə görə verilən müavinətlərin məbləğini yaşayış minimumu həddinə yaxınlaşdırılması, məşğulluq sahəsində gənclərin probleminin ön plana çəkilməsi, əmək bazarında baş verən prosesləri operativ və çevik qaydada tənzimləmək məqsədilə müvafiq informasiya bazasının yaradılması da qarşıda duran prioritetlərdəndir.
Təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlər də artıq aydındır. Bu sahə üzrə ekspertlərin fikrincə, bu məqsədlər təhsilin məzmununun müasirləşdirilməsi və keyfiyyətinin artırılması, peşə hazırlığının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, innovasiya texnologiyalarının tətbiqi, təhsil müəssisələrin maddi–texniki bazasının müasir tələblərə uyğun səviyyəyə çatdırılması əhalinin bütün təbəqələri üçün keyfiyyətli və fasiləsiz təhsil almaq imkanlarının təmin olunmasından ibarətdir.
Eyni zamanda, elmi–tədqiqat və təcrübə–konstruktor işlərinin nəticələrinin istehsalata tətbiqi istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış kommersiya sistemlərinin inkişafı üçün zəruri şərait yaradılacaq.
Əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətdən istifadə etmək imkanlarının genişləndirilməsi üçün mövcud resurslardan səmərəli istifadə ediləcək, səhiyyə sahəsində dövlət tənzimləməsinin təkmil mexanizmi yaradılacaq. Əhalinin orta ömür müddətinin artırılması, ana və uşaq ölümü səviyyəsinin minimuma endirilməsi, cəmiyyətdə sağlam həyat tərzinin təmin edilməsi məqsədilə bütün imkanlar səfərbər edilir və ediləcək.
Mədəni irsin qorunması, yaradıcılığın hərtərəfli dəstəklənməsi, milli mədəniyyətinin dünya mədəniyyətinə uğurlu inteqrasiyası üçün zəruri şərait yaradılacaq. Mədəniyyət müstəqil inkişaf xüsusiyyətlərinə malik sistem kimi formalaşdırılacaq, mədəni sərvətlər səmərəli şəkildə qorunacaq və artırılacaq. Ölkəyə əhəmiyyətli mədəni və sosial–iqtisadi səmərə gətirən daxili və beynəlxalq turizmin inkişafı üçün zəruri baza yaradılacaq. Gənclərin fiziki və mənəvi hazırlığı artırılacaq.
Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi "İslahatlar paralel şəkildə həyata keçirilir, hüquqi dövlət qurulması, cəmiyyətin demokratikləşməsi məsələlərinə çox böyük əhəmiyyət verilir. Güclü siyasi sistem yaradılması bizim bütün gələcək uğurlarımızın rəhnidir, çünki möhkəm demokratik təsisatları olmayan heç bir cəmiyyət inkişaf edə bilməz...
Bununla paralel olaraq, çox ciddi və əsaslı iqtisadi islahatlar həyata keçirilir. Bütün bunlar əhalinin maddi rifahının yüksəlməsinə, habelə, iqtisadi potensialımızın möhkəmlənməsinə, bütövlükdə beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsinə öz təsirini göstərir".
RUHİYYƏ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009