Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
- "Qazprom"dan müttəfiqləri üçün sürpriz Ermənistan üçün eksklüziv vəziyyət dəyişə bilər
Turizm sektoru ölkəyə yüksək valyuta axınlarına əlverişli zəmin yaradır
Azərbaycanda iqtisadiyyatın tarazlı inkişafı üçün hökumətin həyata keçirdiyi genişmiqyaslı layihələr bu uğurlara sevinə bilməyənlərin narahatlığını bir qədər də artırıb və onlar hökumətin perspektiv inkişaf proqramlarına kölgə salmaq üçün yeni iddialarla çıxış etməyə başlayıb. Neft gəlirlərinin turizm potensialının inkişafına yönəldilməsinə qısqanclıqla yanaşanlar gülünc arqumentləri ortaya atmaqla özlərinin acizliyini nümayiş etdirməklə yanaşı, bir daha respublikamızın tərəqqisi, inkişafı üçün qara niyyət sahibi olduqlarını büruzə verirlər. Çünki inkişaf etmiş bütün dövlətlərin iqtisadiyyatında turizmin hansı çəkiyə malik olması hamıya məlumdur. Çexiya, Norveç, Finlandiya, İsveçrə, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərin dövlət büdcəsinə daxil olan gəlirlərin payında turizmin böyük yer tutması reallıqdır. İspaniya, İtaliya və Türkiyədə ölkəyə daxil olan valyutanın portfelində turizm az qala 40–50 faiz paya malikdir.
Azərbaycanın zəngin turizm potensialının mövcudluğu hökuməti həmin sahə üzrə valyuta axınlarının Azərbaycana cəlb olunmasına yönəlik siyasəti dərinləşdirməyə sövq etməyə bilməz. Azərbaycan hökuməti ölkənin bu cür geocoğrafi və ekoturizm imkanlarından yararlanmaqla dünya ölkələrinin keçdiyi iqkişaf yoluna qədəm qoya bilər. Çox maraqlıdır, görəsən bu strategiya niyə qəribə qarşılanmalıdır?
Bu gün Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, Norveç kimi zəngin neft və qaz ehtiyatlarına malik inkişaf etmiş dövlətlərin turizm sənayesinin inkişafına irihəcmli sərmayələr yatırmasına, bu sahəni neftdən sonra ölkəyə ən çox valyuta gətirən iqtisadi prioritet kimi inkişaf etdirməsinə bir çox ölkələr həsəd aparır. Azərbaycan niyə turizmi strateji iqtisadi sahəyə çevirmək üçün addımlar atmamalıdır?! Bu gün turizm sənayesi ən çox gəlir gətirən sahə olduğundan hökumətin investisiya proqramlarında bu bölməyə üstünlük verməsini ancaq təqdir etmək olar. Neftdən sonra əsas prioritet sahələr rabitə və informasiya texnologiyaları, valyuta vəsaitlərinin idarə olunması, kənd təsərrüfatı və turizm sektoru sayıla bilər. Ölkənin iqtisadi siyasətinin də başlıca istiqamətləri buna yönəlib. Hazırda neft–qaz resursları ilə Avropanın təminatında həlledici rol oynayan Norveç turizmi neftdən sonra ikinci sahə hesab edir və bu dövlətin qış turizmi dünyada, demək olar ki, əvəzsizdir. Norveçin qış istirahət mərkəzləri olan Kvitfele, Lillehammer Xafel və Şeykampen dünyanın "qış cənnəti" hesab olunur və artıq bu şəhərlər dağ xizək kurortuna görə Davos kimi ənənəvi qış turizminin möcüzəsini geridə qoymağa başlayıb. İldə 200–300 minə yaxın qonağı olan bu bölgələr Norveçin ildə on milyard dollara yaxın gəlir əldə etməsinə səbəb olub. Təsadüfi deyil ki, Azərbaycan hökuməti Qusar rayonunda qış turizm kompleksinin salınmasında bu kimi təcrübədən istifadə edəcək. Xarici ölkə sərmayəçilərinin layihələrindən biri isə ölkəmizdə dənizin içərisində ən möhtəşəm turizm və mehmanxana–istirahət mərkəzinin tikintisi ilə bağlıdır. Bu layihə dünyanın ən məşhur Boatel mehmanxanalarının oxşarı da ola bilər.
Respublikamızda əlverişli ekoturizmin imkanlarından faydalanmaq üçün şimal zonasında artıq yeni layihənin icrasına başlanılıb. Gürcüstan–Azərbaycan sərhədində 500 metrlik sərhəd xəttində yerləşən qoruğun ərazisində "bunqalo" tipli mehmanxana–kurort və turizm infrastrukturunun yaradılması yaxın vaxtlarda başa çatacaq. Maraqlıdır ki, ölkəmizdə neft pullarının böyük bir hissəsinin bu sahəyə xərclənməsini iddia edənlər unudurlar ki, Azərbaycanda turizm sənayesinə daha çox xarici sərmayəçilər investisiya qoymağa çalışırlar. Məsələn, dəyəri ən azı 500 milyon dollar qiymətləndirilən Alazan çayının ətrafındakı yeni layihənin maliyyələşdirilməsinə vəsaitin böyük bir hissəsi Dünya Bankı tərəfindən ayrılacaq. Bu zonada Alazan çayına turist axınını artırmaq məqsədilə qoruğun ərazisində idmanın su növü ilə məşğul olmaq üçün şərait yaradılacaq.
Qusar rayonu ərazisində tikilən qış–yay idman və turizm kompleksinin tikinti layihəsinin ümumi dəyəri 1,5 –2 mlrd. dollar məbləğində qiymətləndirilir. Şahdağın ətəyində tikilən kompleksin infrastrukturu yay mövsümünə hazır olacaq. Kompleksin tikinti layihəsi Avstriya və Almaniya mütəxəssislərinin iştirakı ilə hazırlanıb və burada çoxsaylı xizək yollarının, korner–boks, fan–boks, xaf–payp və biq–camplarla dolu füsunkar qar parkı yaradılmasında Norveç, İsveç və İsveçrə modelləri tətbiq oluna bilər. Eləcə də Dubayın turizm layihələrinə üstünlük verən hökumət böyüklüyünə görə dünyanın 3–cü ən iri örtülü "qar" kurortu olan Ski Dubay kompleksindən yararlana bilər. Hazırda Almaniya, Rusiya, Türkiyə və Cənubi Koreya sərmayəçilərinin layihələri diqqəti cəlb edir. Azərbaycanda turizmin inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi layihələr Rusiya biznesmenlərinin də diqqətini cəlb edib. Ruslar ölkəmizin əlverişli turizm potensialından yararlanmaq istəyirlər. Xüsusilə də Azərbaycanda yeni yaradılan qış turizmi şimal qonşumuzun sərmayəçiləri tərəfindən maraqla qarşılanıb. Rusiyanın Bakıdakı Ticarət Evindən bildirildiyinə görə, Qusar rayonunda Qış İdman Turizm Mərkəzi yaradıldıqdan sonra bu ərazidəki digər turizm infrastrukturunun inkişafında iştirak etmək üçün hökumətlə danışıqlar aparılması nəzərdə tutulur. Xatırladaq ki, bu layihənin başa çatmasından sonra Azərbaycana qış aylarında böyük turist axını gözlənilir. Turistlər üçün əlavə istirahət və əyləncə mərkəzləri, otel və idman komplekslərinin tikintisi də planlaşdırılır. Digər xarici investorlar kimi, rus iş adamları da həmin sahələrə kapital qoymaq niyyətindədir.
Turizm prioritet sahə olduğu üçün, buraya investisiya yatırmaq istəyən iş adamlarına güzəştlərin edilməsi nəzərdə tutulur. Xaçmazda, Qubada, Qusarda, Zaqatalada, Balakəndə, Qəbələdə, Lənkəranda, Masallıda, Şəkidə, İsmayıllıda, Şamaxıda və digər bölgələrdə turizmin inkişafı üçün tədbirlər görülür. Azərbaycanda "ABSHERON HOTEL", "122 INN BULVAR", "ALTSTADT HOTEL", "AMBASSADOR HOTEL", "AUSTIN HOTEL", "AYF PALACE HOTEL", "BALION HOTEL", "BOUTIQUE PALACE", "RED ROOF", "OLD CITY INN HOTEL", "METROPOL THE HOTEL" kimi turizm mərkəzləri fəaliyyət göstərir və bu şəbəkənin genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, ölkə hökumətinin iqtisadi siyasəti əminliklə onu deməyə əsas verir ki, yaxın illərdə strateji məqsədlərə nail olmağa imkan verəcək.
ELBRUS CƏFƏRLİ

Siyasət