"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsində illik qaz hasilatı13 mlrd. kubmetrə çatacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturunun işlənməsi layihəsinin kommersiya operatoru olan "StatoilHydro Azerbaijan" şirkəti strukturun işlənməsi layihəsinin II fazası işə düşdükdən sonra yataqdan hasil olunacaq təbii qazın illik həcmini 13 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırır. "APA–Economics"in məlumatına görə, bunu "StatoilHydro Azerbaijan" şirkətinin prezidenti Kristian Hausken bildirib.
K.Hausken qeyd edib ki, proqnozlara görə, "Şahdəniz" strukturunun işlənməsi layihəsinin II fazası işə düşdükdən sonra ildə 12–13 mlrd. kubmetr həcmində qaz hasil olunacaq: "Mənim fikrimcə II faza çərçivəsində hasilata 2013–cü ildə başlanacaq. Burada hər şey bizim çevikliyimizdən asılıdır. Buna nail olacağıqsa, gələcəkdə işlər genişləndiriləcək".
İşlərin rəsmən başlanmasına gəldikdə isə, K.Hausken bildirib ki, növbəti ilin ilk rübündə bununla bağlı qərar qəbul olunacaq.
"Şahdəniz" qazının İran və Rusiyaya satılması təklifləri ilə bağlı "StatoilHydro Azerbaijan" şirkətinin rəhbəri qeyd edib ki, öncə şirkət bu məsələnin əhəmiyyətini qiymətləndirməlidir, daha sonra hansısa satış variantından danışmaq olar.
Qeyd edək ki, hazırda "Şahdəniz" yatağında gündəlik qaz hasilatı 4–5 mln. kubmetr təşkil edir.
Xatırladaq ki, 2007–ci il ərzində "Şahdəniz" strukturunda 3,16 mlrd. kubmetr təbii qaz hasil olunub və bu, illik proqnoza nisbətən 12,4% çoxdur. Hasil olunmuş qazın 1,594 mlrd. kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) təhvil verilib. Belə ki, ötən ilin yanvar ayında təhvil verilmiş qazın həcmi 13,84 mln. kubmetr, fevralda – 43,07 mln. kubmetr, martda – 115,34 mln. kubmetr, apreldə – 109,33 mln. kubmetr, mayda – 100,01 mln. kubmetr, iyunda – 157,16 mln. kubmetr, iyulda – 169,346 mln. kubmetr, avqustda – 156,84 mln. kubmetr, sentyabrda – 133,88 mln. kubmetr, oktyabrda – 168,5 mln. kubmetr, noyabrda – 181,993 mln. kubmetr, dekabrda isə 244,73 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, hazırda "Şahdəniz" yatağında hasilat 4 quyuda aparılır. Layihənin iştirakçıları isə bp (əsas operator – 25,5%), "Statoil" (kommersiya operatoru – 25,5%), ARDNŞ (10%), "LUKoil" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləridir.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009