Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
"Freedom House" rəhbərliyinin ittihamlara cavab verməməsi təşkilatın erməni diasporunun nəzarətində olduğu yönündə şübhələri dərinləşdirir
Azərbaycan müxalifətindən fərqli olaraq, ölkəmizdə müəyyən maraqları olan bir sıra beynəlxalq təşkilatlar prezident seçkilərinə "hazırdırlar". Bu əlamətdar dövrdə müxtəlif üsullarla Azərbaycana təzyiq göstərməyə çalışan sözügedən təşkilatlar ölkəmizə qarşı genişmiqyaslı qarayaxma kampaniyasına start veriblər. Bu dəfə "Freedom House" (Azadlıq Evi) bu ampluada çıxış edir. Əslində, qəzet materialları ilə gündəlik tanış olan hər bir oxucu "Freedom House"un bugünədək ölkəmizlə bağlı fəaliyyəti, onların əsil məqsədləri haqqında müəyyən qədər bilgi sahibidirlər. Amma etiraf olunmalıdır ki, ölkəmizdə bu kriteriyaya daxil olan vətəndaşlarımızın sayı yetərincə deyil. Odur ki, "Freedom House" və bu qəbildən olan təşkilatların hazırladıqları hesabatlar, onların ölkəmizdəki "diaspora təşkilatlarının" apardığı təbliğat vətəndaşlarda müəyyən mənada çaşqınlıq yarada bilər. Bunu nəzərə alsaq hesabatda yer alan bir sıra məsələlərə aydınlıq gətirməyə ehtiyac duyulur.
Məlum olduğu kimi, təşkilatın yeni hesabatında Azərbaycanla bağlı bəzi əsassız fikirlərə rast gəlinir. Qeyd edək ki, təşkilat əsasən müxtəlif ölkələrdə demokratik təsisatların fəaliyyəti, insan hüquq və azadlıqlarının vəziyyəti, qanunvericilik bazası və qanunların tətbiq edilməsi səviyyəsi kimi fərqli istiqamətlərdə araşdırmalar aparır. Amma nədənsə təşkilatın bu dəfə diqqəti Azərbaycanın neft strategiyasına yönəlib və bu da maraq doğurmaya bilməz. Ən azından ona görə ki, "Freedom House" iqtisadi araşdırma mərkəzi deyil. Təşkilatın bu addımı isə ilk növbədə "Azərbaycanın inkişafı çoxlarını narahat edir" fikrini bir daha sübuta yetirir. Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti neftdən mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün istifadə edir. Bəs, görəsən təşkilatın bu rəyi nə dərəcədə əsaslıdır?
Bu gün Azərbaycanda baş verən dəyişiklikləri, həyata keçirilən layihələri az–çox izləyən hər kəs bilir ki, neft Azərbaycan xalqının milli sərvətidir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası nəticəsində Azərbaycan ildən–ilə varlanır və hər il milyardlarla dollar məbləğində vəsait dövlət büdcəsinə daxil olur. Bu vəsait məqsədyönlü şəkildə digər iqtisadi sahələrin inkişafına, xüsusilə qeyri–neft sektoruna yönəldilir. Təsadüfi deyil ki, bu gün ümumi daxili məhsulun həcmində bu sektorun payı əvvəlki illərlə müqayisədə qat–qat çoxdur. Deməli, "Freedom House"un bu iddiası heç bir reallığa söykənmir.
Başqa bir məsələyə nəzər yetirək. Təşkilat rəsmiləri iddia edirlər ki, guya Azərbaycanda demokratiya azalmaqdadır. Bu fikir absurd olduğu qədər də müəyyən qrup insanların şəxsi maraqlarını özündə ehtiva edir. Heç kəsə sirr deyil ki, ölkənin iqtisadi gücü artdıqca, insanların sosial vəziyyəti yaxşılaşdıqca ideoloji və siyasi sahədə də müsbət dəyişikliklər baş verir. Bu dəyişikliklər demokratik dəyərlərə hörmətin artması, həmin dəyərlərin yüksək səviyyədə təmsil olunmasında da özünü göstərir. Digər tərəfdən, hələ 1995–ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya qəbul olunarkən Azərbaycan öz yolunu demokratiya olaraq müəyyənləşdirib. Geridə qoyduğumuz dövrlər ərzində də bütün dünya Azərbaycanın bu yolda israrlı olduğunun şahidinə çevrilib və təqdir edib. Azərbaycan tutduğu demokratiya yolundan heç vaxt geri çəkilməyib və şübhə yoxdur ki, bundan sonra da çəkilməyəcək. Çünki ölkəmizdə aparılan bütün demokratik dəyişikliklər Azərbaycan xalqının iradəsinə söykənir.
"Freedom House"la bağlı diqqət çəkən başqa bir fakt isə onun rəhbərliyindəki erməni diasporunun yüksək elitasını təmsil edən şəxslərlə bağlıdır. Hələ bir müddət əvvəl ölkə mətbuatında bu haqda məlumatlar yayılmışdı. Amma "Freedom House" rəhbərliyi bu fakt qarşısında susmağa üstünlük verdi. Bu da, təbii ki, "Azadlıq evi"nin azad olması yönündəki şübhələri bir az da dərinləşdirir. Belə olan halda Azərbaycanda vətənini, dövlətini sevən heç bir vətəndaş bu təşkilatın hər hansı rəyi ilə razılaşmır və bunun Azərbaycanı sevməyən müəyyən maraqlı qrupların növbəti ideoloji gedişi olduğunun fərqindədirlər.
Aqşin ŞAHİNOĞLU

Siyasət