Azərbaycanda yeni dəniz limanının tikintisinin işçi layihəsinin hazırlanması üçün tender keçiriləcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanda Ələt qəsəbəsi yaxınlığında yeni dəniz limanının tikintisinin işçi layihəsinin hazırlanması məqsədi ilə tender sənədləri hazırlanır. Bu barədə "APA–Economics"ə Azərbaycan Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, artıq layihənin texniki–iqtisadi əsaslandırılması hazırdır. Ərazidə aparılan tədqiqat işləri başa çatıb və nəticələr əsasında müvafiq sənədlər hazırlanıb.
Nazirlik rəsmisinin sözlərinə görə, Koreyanın "GS Engineering & Construction" şirkətinin layihə ilə bağlı son qiymətləri Azərbaycan tərəfini qane etməyib.
Xatırladaq ki, Bakı şəhəri yaxınlığında, Ələt qəsəbəsində yeni dəniz limanının tikintisi layihəsini Koreyanın "GS Engineering & Construction" şirkəti ötən ilin sentyabrın 3–də Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edib.
Koreya şirkəti layihədə qiymətləri ilkin təqdimatdakından çox göstərib. Şirkət yeni limanın işçi layihəsini əvvəlcə 8 mln. ABŞ dollarına hazırlayacağını bəyan etdiyi halda, sonradan bu məbləği 12,8 mln. dollara, limanın tikintisi layihəsinin dəyərini isə 225 mln. dollardan 363 mln. dollaradək artırıb.
Qeyd edək ki, dəniz limanının köçürülməsi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2008–2011–ci, ikinci mərhələ 2011–2013–cü, üçüncü mərhələ isə 2013–2015–ci illəri əhatə edəcək.
Limanda 11 yanalma körpüsü inşa olunacaq ki, bunun da 6–sı birinci mərhələdə, yəni 2008–2011–ci illərdə tikiləcək. Dünya standartlarına cavab verəcək liman artıq 2015–ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009