"Russian Media Group LLC"–nin TV proqramında ölkəmiz haqqında həqiqətlərdən danışılıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev "Russian Media Group LLC"–nin (RTN/WMNB) siyasi icmalçısı Boris Rabinerin Azərbaycana həsr edilmiş proqramında iştirak edib və müsahibə verib.
A.Mehdiyev Azərbaycanın müasir dünyada rolu, beynəlxalq aləmdə tutduğu mövqe, balanslaşdırılmış xarici siyasəti, ölkəmizdə mövcud siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi barədə məlumat verib. O, Azərbaycanın əməkdaşlığın tərəfdarı olduğunu diqqətə çatdırıb. Boris Rabinerin Azərbaycanın problemləri barədə sualına cavabında A.Mehdiyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti, 1 milyon qaçqının və məcburi köçkünün ağır şəraitdə yaşaması, işğal nəticəsində 30 min azərbaycanlının qətlə yetirilməsi barədə məlumat verib. Münaqişənin aradan qaldırılması istiqamətində Azərbaycanın xarici siyasət sahəsində apardığı işlər barədə söhbət açan diplomat BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər beynəlxalq və regional təşkilatların Ermənistanın Azərbaycanın ərazisini işğal faktını pisləyən sənədlər qəbul etdiyini bildirib. Səfir cari ilin martında BMT Baş Məclisində qəbul edilmiş qətnamə barədə məlumat verərək deyib ki, bu sənəddə də Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanındığını, respublikamızın 20 faiz ərazilərinin işğal edildiyini və Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd–şərtsiz çıxarılmasının tələb edildiyini diqqətə çatdırıb.
Aparıcının Azərbaycanda yəhudilərin vəziyyəti barədə sualına cavabında A.Mehdiyev ölkəmizdə bütün xalqların, o cümlədən yəhudilərin daim sülh, əmin–amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını bildirərək, bunun üçün Azərbaycan dövləti tərəfindən bütün şəraitin yaradıldığını vurğulayıb. Azərbaycanın Quba rayonunda yəhudilərin yığcam yaşadıqları "Qırmızı qəsəbə"ni misal gətirən səfir deyib ki, orada, həmçinin paytaxt Bakıda yəhudilərin sinaqoqu, məktəbi, kitabxanası fəaliyyət göstərir.
Verilişdə Nyu York dağ yəhudiləri icmasının rəhbəri Nobert Yevdayev də iştirak edib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009