Dünyaya inteqrasiyanın növbəti mərhələsi

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır
Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovuşuğu deyil, həm də mühüm geosiyasi və geoiqtisadi amildir. Bütün bunlar istər regionda, istərsə də onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir.
Bu münasibəti ölkəmiz ilk növbədə savadlı kadrlarla təmin edir. Nəzərə alsaq ki, istər iqtisadi, istərsə də siyasi nüfuz kadrlar hesabına formalaşır, onda ölkədə peşəkar kadrlara üstünlük verilməsi tamamilə başadüşüləndir. Ölkə prezidenti İlham Əliyev Azərbaycanın dünyaya inteqrasiyasında ilk növbədə kadrlara önəm verir: "İnsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun bilikləri və ya peşəkarlığı lazımi səviyyədə olmaya bilər. Bu halda onun Vətənə sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, Vətənə sədaqət və yüksək insani keyfiyyətlər bir–birini qarşılıqlı tamamlamalıdır".
Bu kriteriyalar ölkənin indiki vəziyyətində xüsusilə əhəmiyyətlidir. Belə ki, Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır. Ümumdünya miqyasında transformasiya, həmçinin, regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də fərdlər arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır.
Azərbaycan isə formalaşan yeni mədəniyyətə uyğunlaşmaq, dünya iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində səylərini artırır.
Ölkənin qarşısında böyük məqsədlər durur. Bunlar yalnız siyasi deyil, həm də iqtisadi amilləri əhatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmaq istəyir.
Ümumiyyətlə, Azərbaycanın Avropa məkanına inteqrasiyasına xüsusi diqqət yetirilir. Artıq təhsildə böyük addımlar atılıb. Bu sahədə daha böyük uğurların qazanılması da təsadüfi deyil. Savadlı, peşəkar kadrlar məhz təhsilin inkişafı və beynəlxalq təcrübə ilə əldə edilir. Təhsildə kredit sisteminin tətbiqi, bütövlükdə Boloniya prosesinə keçid istiqamətində cəlbedici nəticələr məhz bu istəyin, məqsədyönlü fəaliyyətin nəticəsidir.
Avropa İttifaqı ilə ölkəmiz arasında mühüm iqtisadi sazişlər var. Belə ki, Avropa İttifaqı və ona üzv olan dövlətlərlə ölkəmiz arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri" imzalanıb, Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil edilib. Ölkəmizin bu istiqamətdə səyləri bundan sonra da gücləndiriləcək, bütün sahələrdə Avropa standartlarının tətbiq edilməsi üzrə məqsədyönlü tədbirlər görüləcək.
Bütün bunlar Azərbaycanın qarşısında duran böyük perspektivlərdən xəbər verir. Bu da, təbii ki, savadlı, dünyagörüşlü kadr potensialı və məqsədyönlü iqtisadi siyasətlə təmin ediləcək.
RUHİYYƏ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009