Orta aylıq təqaüd məbləği orta aylıq əmək haqqının 40 faizinə çatdırılacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yaxın 2–3 il ərzində Azərbaycanda orta aylıq pensiyanın məbləği əmək haqqının orta aylıq məbləğinin 40%–nə çatdırılacaq. "APA–Economics"in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Avropa Sosial Xartiyasına qoşulduğu üçün ölkədə orta aylıq pensiya məbləği orta aylıq əmək haqqı məbləğinin 40%–nə çatdırılmalı və ondan aşağı düşməməsi üçün tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən S.Müslümovun sözlərinə görə, bu gün Azərbaycanda həmin rəqəm 32–33%–ə bərabərdir.
DSMF başçısı vurğulayıb ki, Azərbaycan bu göstəriciyə görə Ukrayna və Qazaxıstandan sonra MDB ölkələri arasında III yerdədir: "Bunun tədricən artırılması nəzərdə tutulur. Yaxın iki–üç il ərzində bu məsələlərə nail olmağa çalışacağıq. Hər halda, nəzərə alaq ki, bu gün Azərbaycanda əmək haqları çox sürətlə artır. Çünki iqtisadi inkişaf çox yüksək olduğuna görə əhalinin gəlirləri və həmin gəlirlərin əsas tərkib hissəsi olan əmək haqlarının artımı da çox yüksəkdir. Ona görə də pensiyaların artım sürətinin əmək haqlarının artım sürətini üstələməsi təmin olunmalıdır ki, biz tədricən 40%–lik göstəriciyə yaxınlaşaq".
S.Müslümovun sözlərinə görə, bu göstəriciyə çatmaqda yeni sistemlə pensiyaya çıxanların sayının artması da yardım edəcək. Yeni sistemlə pensiyaya çıxanların sayının ümumi pensiyaçıların tərkibində artımı baş verdikcə, orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqının məbləğinə olan nisbəti də yüksələcək.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009