Azərbaycan iyunda dizel yanacağının ixracını 27% artırıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iyun ayında 27 min 544 ton avtomobil benzini, 92 min 778 ton dizel yanacağı, 14 min 576 ton təyyarə yanacağı, 40 min 999 ton soba mazutu ixrac edib. Bu barədə "APA–Economics"ə ARDNŞ–dən məlumat verilib.
Avtomobil benzinin ixracı may ayı ilə müqayisədə 29%, təyyarə yanacağı 30%, soba mazutu ixracı 92,6% azalıb, dizel yanacağının ixracı isə 27,2% artıb.
Cari ilin yanvar–iyun aylarında 183 min 673 ton avtomobil benzini, 656 min 62 ton dizel yanacağı, 128 min 219 ton təyyarə yanacağı, 214 min 430 ton soba mazutu ixrac edilib. İyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1132,02 dollar, təyyarə yanacağı – 1287,27 dollar, dizel yanacağı – 1201,55 dollar, mazutun qiyməti isə 673,81 dollar təşkil edib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009