Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
- "Qazprom"dan müttəfiqləri üçün sürpriz Ermənistan üçün eksklüziv vəziyyət dəyişə bilər
Rafael Hüseynov: Bu sessiyada bizim daha böyük irəliləyişlərimizin təməli qoyuldu
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamə ictimai fikirdə birmənalı qarşılanmır. Bununla belə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov hesab edir ki, sessiya ölkəmiz üçün uğurlu olub.
– Rafael müəllim, AŞ PA–nın yay sessiyasında Azərbaycanla bağlı aparılan müzakirələrin yekunu olaraq qəbul edilən qətnaməyə münasibətiniz necədir?
– Biz müxtəlif vaxtlarda Avropa Şurasında Türkiyəyə, Azərbaycana qarşı ikili standartların olmasını demişik və görünür, bu fikirləri gələcəkdə də deyəcəyik. Bu ikili standartlar hər zaman olacaq. Çünki bunun bəlli səbəbləri var. Milli mentalitet, mənşə, mənsubiyyət, mənəvi dəyərlər nöqteyi–nəzərindən Azərbaycan, Türkiyə, Albaniya və başqaları, ayrı dünyagörüşün daşıyıcılarıdır. Ona görə bu ölkələrə münasibətdə fərqlər var. Amma təkcə bu deyil, məsələyə erməni lobbisinin gördüyü işlər də böyük təsirini göstərir. Buna görə də Azərbaycana münasibətdə müəyyən mənfiliklər var. Lakin son sessiyada bizim yox, artıq avropalı deputatların Azərbaycana münasibətdə ikili standartların olmasını dilə gətirməsi çox müsbət hadisədir. Avropalı deputatlar çıxış edərək, Azərbaycanın gördüyü işləri, demokratik irəliləyişləri çox yüksək dəyərləndirirdilər. Əgər hansısa mətbuat orqanı, hansısa qrup, qurum öz şəxsi mülahizələri ilə bu sessiyada Azərbaycanla bağlı yaranan situasiyanı mənfi qiymətləndiribsə, bu, yanlış yanaşmadır. Çünki orada Azərbaycana qarşı münasibət çox müsbət idi. Hətta Azərbaycana münasibətdə həmişə sırf qərəzli bir mövqeni tutan İnsan Haqları və Hüquq Məsələləri Daimi Komitəsinin nəzdində fəaliyyət göstərən Azlıqların Hüquqları Üzrə Alt Komitənin sədri, Kiprdən olan millət vəkili Xristos Purqurides də bunu biruzə verdi. Belə ki, o, çıxışında da yenə öz üslubuna uyğun olaraq, Azərbaycana əks mövqe tutur, amma ümumi atmosferi gördüyündən daha ehtiyatla danışırdı. Yəni, onun budəfəki çıxışında Azərbaycana qarşı qərəzin, "zəhərin" miqdarı bir qədər az idi. Amma vaxtilə Azərbaycana qarşı neytral olan, müəyyən mənada tənqidi yanaşanlar, bu dəfə daha müsbət mövqe nümayiş etdirir, ölkəmizi çox yüksək dəyərləndirirdilər. Ona görə də, düşünürəm ki, bu sessiya Azərbaycan üçün çox əhəmiyyətli oldu.
– Azərbaycanlı deputatların AŞ PA–nın məruzəçisi təyin olunmaları nə kimi əhəmiyyətə malikdir?
– Bu sessiyada azərbaycanlı deputatlar – mən və Gültəkin Hacıyeva iki müxtəlif komitədə məruzəçi seçildik. Bu, sadə bir məsələ deyil. Məsələ bundadır ki, Avropa Şurasındakı ən vacib statuslardan biri məruzəçi olmaqdır. Bu, Avropa Şurasının yalnız konkret adamlara deyil, həm də həmin qurumun orada təmsil olunan nümayəndə heyətlərinə verdiyi qiymətdir. Bu, eyni zamanda, ölkəyə verilən qiymətdir. İndiyə qədər azərbaycanlılar altı–yeddi məsələ üzrə məruzəçi olublar və ən vacibi odur ki, mən və Gültəkin Hacıyeva sırf Azərbaycan məsələsi ilə bağlı məruzəçi təyin edilməmişik, bunlar Ümumavropa məsələləridir. Biz, məmnuniyyətlə, bu məsələlərə razılıq veririk, bu məruzələri ona görə hazırlayırıq ki, məqsədimizin yalnız elə Dağlıq Qarabağ məsələsi, Ermənistanın ölkəmizə qarşı siyasətini ifşa etmək olmadığını görsünlər. Bilsinlər ki, biz bütövlükdə Ümumavropa quruculuğunda fəal iştirak etmək istəyirik və edirik. Bu da çox mühümdür. Yəni, bunun özü də Azərbaycanın Avropa Şurasında artan nüfuzunun daha bir əyani göstəricisidir. Digər tərəfdən, bu illər ərzində biz çox vacib sənədlər hazırlamışıq və bu sessiyada da hazırladıq. Mən orada Azərbaycanla bağlı hesabat çıxışımda söylədim ki, üç Azərbaycan var. Birincisi, 1991–ci ilin Azərbaycanı – istiqlaliyyətini qazanan Azərbaycan, ikincisi, 2001–ci ilin Azərbaycanı – Avropa Şurasına daxil olan Azərbaycan, üçüncüsü də, 2008–ci ildə – Avropa Şurasında müzakirə olunan Azərbaycan. Bunlar üç fərqli Azərbaycandır. 1991–ci ildə istiqlaliyyətini qazanan Azərbaycanla 2001–ci ildə Avropa Şurasına qəbul edilən Azərbaycanı müqayisə edəndə görürük ki, ciddi fərqlər var, amma 2001–ci illə 2008–dəki Azərbaycanı müqayisə edəndə, təbii ki, burada fərqlər beş qat artır, çünki çox böyük demokratik irəliləyişlər, demokratik təsisatların yaranması səmtində böyük nailiyyətlər var. Qeyd etdim ki, bu inkişafda, nailiyyətlərdə Avropa Şurasının özünün də payı, müsbət təsiri var. Eyni zamanda Azərbaycan özü də Avropa Şurasını zənginləşdirmək istiqamətində böyük işlər görüb. Əgər son 8 ildə yox, son 15–20 ildə Avropa Şurasına qəbul olunan digər ölkələri və Azərbaycanı müqayisə etsəniz, Avropa Şurasının saytına baxsanız, görərsiniz ki, hansı ölkədən nə qədər məruzəçi var. Görəcəksiniz ki, bizimkilər 3–4 dəfə çoxdur və bəzi ölkələrdən heç yoxdur...
– Bəs, Ermənistan nümayəndə heyətinin üzvlərindən məruzəçi təyin edilənlər varmı?
– Ermənistan nümayəndə heyətin üzvlərindən bu günə kimi heç kim məruzəçi təyin olunmayıb. Bunun özü bir göstəricidir. Baxmayaraq ki, həmişə – xüsusilə də əvvəllər Ermənistanın beynəlxalq aləmdə əlaqələri, imkanları bizdən daha çox olub, amma biz, necə deyərlər, keçilməz qayaları yara–yara getmişik. Ona görə çıxışımda yekun olaraq onu da söylədim ki, bu üç Azərbaycanın üzərində bir dördüncü Azərbaycan görünür. Bu, dördüncü Azərbaycan da artıq sabahın Azərbaycanıdır. Avropa Şurası da, Azərbaycanın özü də, hər bir vətəndaşımız da arzulayır ki, sabahın Azərbaycanı demokratik dəyərlərə tam sadiq, mətbuat, söz azadlığının problemsiz, demokratik təsisatların, qanunların mövcud olduğu və işlədiyi bir ölkə olsun. Eyni zamanda, sevindirici bir məqamdır ki, bu gün zaman bizim xeyrimizə işləyir və biz də zamanla ayaqlaşmağa çalışırıq. Bu baxımdan da belə düşünürəm ki, Avropa Şurasının bu sessiyası bizim üçün kifayət qədər uğurlu oldu. Bir sözlə, fikrimcə, elə bu sessiyada bizim daha böyük irəliləyişlərimizin təməlini qoyulmuş hesab etmək olar.
– AŞ PA yay sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnaməyə birmənalı münasibət bildirilmir...
– AŞ PA–nın son yay sessiyası həm gedişinə, həm də nəticələrinə görə çox düşündürücüdür. Mənə elə gəlir ki, bu sessiya Azərbaycanın təşkilat içərisində artan nüfuzunun bir daha əyani göstəricisinə çevrildi. Amma məni düşündürən və sabaha ümidləndirən təkcə o deyil ki, Azərbaycanın bu qurumda nüfuzu daha da artır. Burada Avropa Şurasının, onun ayrı–ayrı strukturlarının Ermənistanın mahiyyətini daha artıq dərk və bu dərketməni ifadə etməsi çox maraqlı məqamdır. Onu da qeyd edim ki, sessiyada Ermənistanla bağlı fövqəladə müzakirələrin gündəliyə salınması çox mütərəqqi bir hadisədir. Mən 8 il əvvəli – 2001–ci ilin yanvar, 2001–ci ilin aprel ayını xatırlayıram. Xatırlayıram ki, o vaxtlar biz ilk dəfə Avropa Şurasına getmişdik və ilk sənədlərimizi hazırlayırdıq. Biz Ermənistanın işğalçı olduğunu göstərən sənədləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrini avropalı deputatlara təqdim edib, onlara məsələnin mahiyyətini danışıb, onlardan hazırladığımız sənədlərə imzalamağı xahiş edəndə onlar bundan imtina edir və Ermənistanı işğalçı saymırdılar. İndi isə onlar nəinki Ermənistanı işğalçı hesab edir, həm də Ermənistanı Avropadakı ümumi demokratik inkişafa zidd olan bir ölkə kimi dəyərləndirirlər. Ona görə də, AŞ PA–da belə təcili, fövqəladə müzakirələrin gündəliyə salınması, çox əhəmiyyətlidir. Mən orada Ermənistanla bağlı çıxışımda bir söz dedim və onu burada bir daha sizin nəzərinizə çatdırıram. Mən söylədim ki, Avropa Şurasının üzvü olan 47 dövlət içərisində Ermənistan ən unikal bir ölkədir. Unikaldır ona görə ki, Avropa Şurasının üzvü olan dövlətlərin hamısı müstəqil siyasət aparır və suveren ölkələrdir. Lakin Ermənistanın suverenliyi daha çox sırf simvolik bir xarakter daşıyır, kənardan idarə edilən bir ölkədir və faktiki olaraq, Ermənistan Avropadakı demokratik inkişafın ziddinə olan bir ölkədir. Onu da söylədim ki, mən vaxtilə burada – Avropa Şurasında Ermənistanın bu qurumdan çıxarılması ilə bağlı sənəd hazırlamışam, amma indi görürəm ki, yox, bu ölkəni qurumdan çıxarmaq lazım deyil...
– Nə üçün?
– Bilirsiniz, Ermənistana qarşı, sadəcə, ayrı–ayrı sanksiyalar tətbiq etmək lazımdır, amma onu bu qurumda – Avropa Şurasında saxlamaq gərəkdir. Çünki Ermənistan bu qurumdan kənara çıxarsa, (necə ki, Dağlıq Qarabağda, işğal altındakı digər ərazilərdə onlar nəzarətsiz bir rejim yaradıblar və istədiklərini həyata keçirirlər), onların "yüyənindən" dartan belə bir mötəbər təşkilat olmayacaq və ermənilər daha antidemokratik prosesləri həyata keçirəcəklər. Ona görə də, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməklə onu Avropa Şurasında saxlamaq, bir növ buxovlamaq lazımdır. Qeyd edim ki, ümumiyyətlə, bu təşkilatda Ermənistana qarşı münasibət hazırda çox mənfidir və bu, həm Parlament Assambleyasının iclaslarında, həm komitələrdə, həm də partiya qruplarında açıq şəkildə hiss edilir. Odur ki, Ermənistanın dünya siyasətində, Avropa siyasətində iflası, ifşası nöqteyi–nəzərindən, bu sessiya çox əhəmiyyətli oldu və onu da biləsiniz ki, bu, heç də təsadüfən baş vermir. Bunun arxasında, yuxarıda dediyim kimi, uzun – 8 illik bir yol dayanır.
Nardar BAYRAMLI

Siyasət