Azərbaycanın iqtisadi inkişaf naziri BP şirkətinin iqtisadçıları ilə görüşüb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan BP şirkətinin iqtisadiyyat qrupunun MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsovu qəbul edib. Şirkətin makroiqtisadçısı Tit Erkerin də iştirak etdiyi görüşdə BP şirkəti tərəfindən hazırlanmış "Dünya Enerjisi 2008" hesabatı dinlənilib və fikir mübadiləsi aparılıb. Bu barədə "APA–Economics"ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
H.Babayev qeyd edib ki, bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan daxili tələbatını ödəməklə yanaşı, həm də neft–qaz ehtiyatlarını dünyanın bir sıra ölkələrinə ixrac edir. Dünya iqtisadiyyatı, xüsusilə də enerji sahəsi sürətlə inkişaf etdiyindən proqnozlar və hesabatlar ölkələrin gələcək fəaliyyət planın hazırlanmasında əhəmiyyətlidir. Nazir bildirib ki, proqnozlaşdırmanın iqtisadiyyatdakı rolunun vacibliyini nəzərə alaraq, Nazirliyin bu sahədəki işinin səmərəliliyinin artırılması məqsədilə yeni şöbə yaradılıb.
V.Drebentsov isə BP tərəfindən hazırlanmış "Dünya Enerjisi 2008" statistik bülleteni barədə məlumat verib. O, bildirib ki, BP şirkəti 57 ildir müntəzəm olaraq dünyada enerji ehtiyatları ilə bağlı statistik təhlillər aparır. Nəşr dünya enerji bazarı ilə əlaqədar araşdırmalar əsasında əldə olunan göstəriciləri də özündə əks etdirir. Nəşrdən hökumətlər, enerji şirkətləri, elm adamları və media tərəfindən istinad sənədi kimi istifadə olunur.
BP təmsilçisi "Dünya Enerjisi 2008" statistik bülletenində əksini tapmış bir sıra göstəricilərə də toxunub. Statistik rəqəmlərə əsasən, dünyanın təsdiqlənmiş neft ehtiyatları 2007–ci ilin sonunda 1 237,9 mlrd. barel olub. Təsdiqlənmiş neft ehtiyatlarının 61%–i Orta Şərq regionu, 11,6%–i isə Avrasiya bölgəsinin payına düşür. Ötən il, keçmiş SSRİ ölkələri istisna olmaqla, digər qrup ölkələrin (OPEC, İƏİT, Avropa İttifaqı) neft hasilatı azalıb.
Görüşün sonunda BP şirkəti tərəfindən hazırlanmış "Dünya Enerjisi 2008" hesabatının təqdimatı keçirilib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009