Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Ərzaq təhlükəsizliyi proqramının ilkin variantı yaxın günlərdə Azərbaycan hökumətinə təqdim olunacaq. "APA–Economics"in bildirdiyinə görə, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.
H.Babayevin sözlərinə görə, artıq müvafiq nazirliklərin sənədlə bağlı təklifləri alınıb: "Eyni zamanda, prezidentin sərəncamına uğun olaraq xarici məsləhətçilərdən də təkliflər toplanıb. Hazırda proqramın layihəsi işlənir və sənəd hökumətə təqdim olunması üçün hazırdır".
Nazir yay mövsümü ilə əlaqədar ölkədə inflyasiyanın tempində azalmanın müşahidə olunduğunu da qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda H.Babayev Azərbaycan hökumətinin 2008–ci il üçün inflyasiya ilə bağlı hazırladığı ilkin proqnozların özünü doğrultmayacağını bəyan edib.
Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 16,7% təşkil edib. Bu il ərzində isə Azərbaycan hökuməti tərəfindən inflyasiyanın səviyyəsi ilkin olaraq 12–13% proqnozlaşdırılsa da, sonradan proqnoz 18%–dək artırılıb. Beynəlxalq Valyuta Fondu isə öz növbəsində 2008–ci ildə Azərbaycanda inflyasiyanın 20%–dən az olmayacağını proqnozlaşdırır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında əvvəlki ayla müqayisədə Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,3%, o cümlədən, ərzaq məhsulları 3,5%, qeyri–ərzaq məhsulları 1,5% bahalaşıb, xidmət tariflərində isə dəyişiklik müşahidə olunmayıb.
Cari ilin yanvar–may ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 19,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 26%, qeyri–ərzaq məhsullarının qiymətləri 10,2%, xidmət tarifləri isə 11,4% yüksəlib.

Siyasət