Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Dünən Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Almaniya Federal Pensiya Sığorta İdarəsinin (AFPSİ) nümayəndələri arasında görüş keçirilib. "APA–Economics"in məlumatına görə, tədbirdə AFPSİ–nin prezidenti Herbert Rişe "Avropada sosial sığorta inkişafının perspektivləri: başlıca problemlər və onların həlli yolları" mövzusunda məruzə ilə çıxış edib: "Hazırda Almaniyada pensiya əhalinin əmək haqqının məbləğinə görə müəyyən edilir və əhalinin 85%–i sosial pensiya ilə təmin olunub. Artıq 50 ildir ki, biz mövcud standartlarla pensiyanı müəyyənləşdiririk. Ölkəmizdə 2030–cu ilədək əmək haqqının 15–20% artırılması gözlənilir. Bu baxımdan da pensiya təyinatının özündə müəyyən dəyişikliklər aparılacaq. Çalışacağıq ki, aparılan islahatlar nəticəsində nəinki pensiya təminatını yaxşılaşdıraq, hətta bu sahəyə özəl sektoru da cəlb edək".
DSMF–nin sədri Səlim Müslümov isə bildirib ki, Azərbaycanda pensiya alanlar müxtəlif kateqoriyalara bölünüb və bunların bir qismini SSRİ dövründə çalışmış vətəndaşlar və digər kateqoriyalar təşkil edir. "Qeyd etməliyəm ki, bu pensiyaçıların müavinətlərində də fərqlər mövcuddur. Bu il inflyasiya səviyyəsi yüksək göstərici ilə müşayiət olunub və belə bir şəraitdə pensiyaların baza hissəsinin artırılması bizim üçün böyük bir maliyyə yükü yaradır", – deyə S.Müslümov bildirib.
Tədbirdən sonra almaniyalı qonaqlar DSMF–nin mərkəzi aparatında yaradılmış iş şəraiti, habelə sığorta–pensiya sahəsində həyata keçirilən qabaqcıl iş metodları və müasir təcrübə ilə yaxından tanış olublar. Tədbirdə həmçinin AFPSİ–nin beynəlxalq koordinasiya sektorunun müdiri Sabin Koler də iştirak edib.
Qeyd edək ki, almaniyalı qonaqların Azərbaycana səfəri iyulun 1–dən 5–dək keçirilir.

Siyasət