"G–8" sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yaponiyanın Hokkaydo adasında başlayan "Böyük səkkizliyin" toplantısı çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü keçirilib. APA–nın məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransı keçirən prezidentlər bir–birilərinin ünvanına komplimentlər səsləndiriblər.
ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə danışıqların səmərəli keçdiyini bildirib: "Biz görüşdə İran məsələsini və digər məsələləri müzakirə etdik. Bəzi məsələlər barədə Dmitri Medvedevlə fikirlərimiz üst–üstə düşür, bir sıra məsələlərlə bağlı isə fikir ayrılığı var. Amma biz ümumi məxrəcə gəlmək üçün əməkdaşlığı davam etdirmək niyyətindəyik".
Rusiya prezidenti isə görüşdə daxili problemlərin, ticarət, investisiyalar, münaqişələr və böhran hallarının müzakirə olunduğunu bildirib. Qeyd edək ki, dünən işə başlayan "G–8" sammitində qlobal məkanda qiymətlərin bahalaşması, qiymət artımına qarşı mübarizə və s. məsələlər müzakirə olunur. Rusiya prezidentinin sammitdə "G–8"də islahatların aparılması və bu quruma daha bir neçə ölkənin daxil edilməsi təklifi ilə çıxış etməsi gözlənilir.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009