Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Dünən Bakıda Azərbaycan–Macarıstan biznes–forumu keçirilib. "APA–Economics"in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev iki ölkə arasında əlaqələrin getdikcə genişləndiyini vurğulayıb.
Nazir Macarıstan şirkətlərini Azərbaycana investisiya yatırmağa çağırıb.
Macarıstanın baş naziri Ferents Dürçan isə ölkəsindən gəlmiş nümayəndə heyətinin əsasən əczaçılıq, yeyinti və digər sahələri təmsil etdiklərini bildirib. Baş nazir qeyd edib ki, qarşılıqlı səfərlər və ölkələrin investisiya mühitləri barədə məlumatlandırmalar artdıqca, iqtisadi əlaqələr daha da genişlənəcək.
Daha sonra Macarıstan Ticarət və İnvestisiya Agentliyinin icraçı direktoru Giorgi Rosta və "Azpromo"nun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyev ölkələrin investisiya mühiti və biznes imkanları üzrə təqdimatlarla çıxış ediblər. Forum çərçivəsində Azərbaycan və Macarıstan sahibkarları arasında ikitərəfli görüşlər də keçirilib.
Qeyd edək ki, biznes–forum İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən təşkil olunub.
Tədbirə Macarıstanın hökumət rəsmiləri ilə yanaşı tikinti, əczaçılıq, İT, maliyyə və s. sektorlarda fəaliyyət göstərən 10 şirkətinin nümayəndələri qatılıb.