Metyu Brayza: Rusiyanın Azərbaycan qazını almaq istəməsi bizi narahat etmir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
"Rusiyanın Azərbaycan qazını almaq istəməsi bizi narahat etmir".
Bu sözləri APA–ya açıqlamasında ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, "Qazprom"un Azərbaycan qazını almaq istəməsini iki səbəblə əlaqələndirib: şirkət ya müqavilə üzrə Avropaya göndərməli olduğu miqdarda təbii qaz göndərə bilmir, ya da Avropaya qaz ixracını inhisarlaşdırmaq istəyir: "Qazprom"un cəhdlərinə baxmayaraq, Azərbaycan nümayiş etdirdi ki, enerji təhlükəsizliyi məsələsində Avropa ilə tərəfdaşlığını genişləndirmək istəyir. Bu, hələ Heydər Əliyevin vaxtında "Əsrin müqaviləsi" imzalanarkən bəlli olmuşdu. Prezident İlham Əliyev "Nabucco" və Türkiyə–Yunanıstan–İtaliya boru kəmərlərini dəstəkləməklə bu siyasəti genişləndirdi".
M.Brayza hesab edir ki, "Nabucco" layihəsi Xəzər qazının Mərkəzi Avropaya çatdırılması üçün daha əlverişlidir və Rusiyanın "Cənub axını" layihəsindən 40–50% sərfəlidir: "İnhisarçılıq yox, bazar münasibətləri tələb edirsə, "Nabucco" və Türkiyə–Yunanıstan–İtaliya layihələri başa çatdırılacaq".

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009