Albaniya Azərbaycan qazını almaq istəyir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə iştirak edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər burada Albaniyanın Baş naziri Sali Berişa ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, rəsmi Tirana Türkiyə ərazisindən nəql olunan Azərbaycan təbii qazını almaq üçün danışıqlara başlamaq fikrindədir.
Zirvə görüşündəki çıxışında Himi Gülər deyib ki, Türkiyə Avropanın enerji təhlükəsizliyinin mühüm hissəsidir. Onun sözlərinə görə, dünyanın neftə olan tələbatı 2007–ci ildən etibarən gündəlik 1 milyon barrel artıb ki, bunu da Azərbaycan xam neftini nəql edən Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ödəyir.
Hilmi Gülər onu da əlavə edib ki, tezliklə Nabukko layihəsi üzrə hökumətlərarası sənədlər imzalanacaq. Ərəb qazını Avropaya nəql edəcək digər boru xətti üzərində də işlər davam edir.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009