ATƏT PA–nın yeni prezidenti Azərbaycan həqiqətlərindən xəbərdardır

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Eldar İbrahimov: Ermənistan nümayəndə heyətinin üzvləri bizə cavab verə bilmədilər
ATƏT Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astana şəhərində başa çatan 17–ci yay sessiyasında Azərbaycan nümayəndə heyəti bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış etdi. Azərbaycanın ATƏT PA–dakı nümayəndə heyətinin sədr müavini, Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov sessiyasının nəticələrindən razıdır:
– Sessiya bizim üçün müvəffəqiyyətlə başa çatdı. Azərbaycan nümayəndə heyəti yay sessiyasında fəal iştirak etdi. Bütün məsələlərlə bağlı fikirlərimizi parlamentarilərə çatdırdıq. Hesab edirəm ki, mən və həmkarlarım qarşıda duran məsələləri qaldıra bildik. Məsələn, mən İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit daimi komitəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlarla bağlı məsələ qaldırdım. Çıxışımda dedim ki, ermənilər işğal olunmuş ərazilərdəki torpaqlarımızı yandırmaqla yanaşı, qəbirlərimizi dağıdır, tarixi abidələrimizi bərbad hala salırlar. Komitədəki müzakirələr ətraf mühitin təhlükəsizliyi məsələlərinə həsr olunmuşdu. Mən dedim ki, ətraf mühitin təhlükəsizliyini qorumaq istəyiriksə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi yanğınların qarşısını almalıyıq. Bildirdim ki, demək olar hər gün ermənilər tərəfindən işğal olunmuş ərazilərdə yanğınlar törədilir, torpaqlarımızın münbitliyi itir. İndiyədək bizim 28–dək flora və faunamız ermənilər tərəfindən məhv edilib. Ermənilər Azərbaycan meşələrini məhv etməkdədirlər. Çıxışımda onu da bildirdim ki, Ermənistanda fəaliyyət göstərən Metsamor AES–in qalıqları Araza və Ağstafaçaya tökülür. Eyni zamanda, AES–in radiaktiv tullantılarının işğal olunmuş ərazilərdə basdırılması barədə məlumatların olduğunu da avropalı parlamentarilərin nəzərinə çatdırdım. Xüsusi vurğuladım ki, beynəlxalq təşkilatlar baş verənlərə xüsusi diqqət yetirmirlər. Çıxışımda onu da təklif etdim ki, ATƏT və NATO təmas xəttində monitorinqlər keçirsin və ermənilərin ətraf mühitə vurduğu ziyanın əyani şəkildə şahidi olsunlar.
– Sizin təklifinizə münasibət necə oldu?
– Bu məsələ üzrə hesabat hazırlayan məruzəçi mənim təklifimə müsbət reaksiya verdi. Eyni zamanda, məndən sonra çıxış edən iki ölkənin nümayəndəsi də təklifimi dəstəklədi. Komitədəki çıxışım zamanı mənim arxamda Ermənistan parlamentinin təmsilçiləri oturmuşdu. Onlar çıxışımdan sonra bir kəlmə də danışmadılar. Mən deyərdim ki, danışa bilmədilər. Çünki danışmağa sözləri yox idi. Çıxışımda onu da xahiş etdim ki, ATƏT PA–nın növbəti sessiyasında işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı məsələ müzakirəyə çıxarılsın.
– Sessiyada ATƏT–in fəaliyyətdə olan yeni sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Sttub parlamentarilər qarşısındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxundumu?
– Açığı ATƏT sədri ümumilikdə təşkilata üzv ölkələrdəki həll olunmamış münaqişələrdən danışdı. O, Gürcüstan ərazisindəki Abxaziya və Cənubi Osetiya münaqişələrinin adını çəkdi. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunmadı. Belə olan halda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT–in fəaliyyətdə olan sədrinə sualla müraciət etdi. Bahar xanım soruşdu ki, niyə həll olunmamış münaqişələrdən danışarkən Dağlıq Qarabağ münaqişəsinin adını çəkmədi. Cavabında ATƏT sədri dedi ki, Dağlıq Qarabağ münaqişəsinə çıxışını qısa etmək üçün toxunmayıb. Onun sözlərinə görə, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirir. Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün işləyirlər. Fəaliyyətdə olan sədr özü də bu məsələ ilə şəxsən maraqlanacağını bildirdi. O, münaqişə barədə son durumu öyrənmək üçün regiona səfər edəcəyini də dedi.
– Sessiya çərçivəsində ATƏT PA–nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerlə görüşdünüzmü?
– Bəli, biz Qoran Lenmarkerlə söhbət etdik. O, regiona səfər etmək haqqında fikirləşdiyini bildirdi. Amma dedi ki, hələlik mənə istirahət lazımdır. Çünki o, iki il ATƏT PA–nın prezidenti kimi çalışıb. Bu müddətdə qrafiki çox gərgin olub. Buna görə də çox yorğun idi. Dedi ki, istirahətini başa vurandan sonra səfər barədə bizə məlumat verəcək. Hesab edirəm ki, bu səfər çox güman payızda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq.
– Sessiya çərçivəsində ATƏT PA–nın yeni prezidenti Joao Suareslə görüşünüz oldumu?
– Bizim onunla çox yaxşı əlaqələrimiz var. Bu vəzifəyə təsdiq olunandan sonra biz Joao Suaresi səmimi şəkildə təbrik etdik. Təbii ki, o da işə başlayandan sonra regiona səfər edəcək. Amma bu səfərin tarixi barədə də məlumat verə bilmərəm. Deyim ki, bizim ATƏT PA–nın yeni prezidenti ilə əvvəllərdən münasibətlərimiz qurulub. Vaxtilə o, ATƏT PA–nın sədr müavini idi. Azərbaycanda keçirilən seçkiləri də müşahidə edib.
– Yeni prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
– Mən hesab edirəm ki, O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmalıdır. Çünki özü Azərbaycanda olub və bizim həqiqətlərdən xəbərdardır. Bu baxımdan onun ədalətli olacağını güman edirəm. Çünki o, bizə qarşı çox səmimidir. Əlbəttə, bəzən səmimiyyət insanı aldadır, bəzən də aldatmır.
– Bəs, Ermənistanın ATƏT PA–dakı nümayəndə heyəti ilə necə, görüşünüz oldumu?
– Bu dəfə ermənilər sessiyada yeni tərkibli nümayəndə heyəti ilə iştirak edirdilər. Onlarla heç bir görüşümüz olmayıb. Əslində, biz əvvəllər də onlarla görüşmürdük. Hətta, bizim nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində Ermənistan nümayəndə heyətinin üzvlərinə salam da vermirlər. Həmişə salamı onlar verirlər. Qeyd etdiyim kimi, bu dəfə bizim nümayəndə heyəti üzvlərinin çıxışlarına ermənilər tərəfindən heç bir cavab verilmədi. Çünki danışmaq üçün sözləri bitib.
– Eldar müəllim, ATƏT PA–nın növbəti sessiyaları harda keçiriləcək?
– ATƏT PA–nın təşkilatçılığı ilə sentyabrda Kanadanın Toronto şəhərində konfrans keçiriləcək. Növbəti qış sessiyası isə gələn ilin yanvarında Vyanada olacaq. Assambleyanın yaz sessiyasının isə Vilnüsdə keçirilməsi gözlənilir.
NARDAR
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009