Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Xəbər verildiyi kimi, Macarıstanın Baş naziri Ferents Dyurçan Azərbaycanda ikigünlük rəsmi səfərdə olub. Macarıstan hökumətinin başçısı səfər çərçivəsində AzərTAc–a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
–Cənab Baş nazir, Macarıstan ilə Azərbaycan arasında siyasi və humanitar sahələrdə münasibətlər həmişə yüksək səviyyədə olmuşdur. Bu il fevralın 18–19–da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Həmin səfər zamanı iqtisadi əməkdaşlığın perspektivlərini müəyyənləşdirən bir sıra mühüm sənədlər imzalanmışdır. Bu sənədlərdə müəyyən edilmiş vəzifələr necə yerinə yetirilir?
–Cənab Prezidentin səfərindən sonra Bakıda ölkələrimizin xarici işlər nazirlərinin də görüşü olmuşdur. Biz energetika ilə yanaşı, başqa yeni əməkdaşlıq sahələri axtarırıq. Bu, aqrar sahəyə, yeyinti sənayesinə, suyun və çirkabın təmizlənməsi, dava–dərman istehsalı məsələlərinə aiddir. Azərbaycanın Prezidenti və Baş naziri ilə danışıqlarımız bu sahələrdə qarşılıqlı fəaliyyətin perspektivlərinə və əməkdaşlığın genişləndirilməsinə həsr edilmişdi.
Bir misal çəkmək istəyirəm. Azərbaycanda istifadə olunan dərmanların, demək olar ki, hamısı idxal edilir. Macarıstan Avropada ən iri dava–dərman istehsalçılarından biridir, bu sahədə onun çoxlu tədqiqatları vardır. Təbii ki, ölkələrimizin bu sahəyə marağı qarşılıqlıdır.
–Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" proqramına qoşulduqdan və energetika sahəsində Aİ ilə strateji tərəfdaşlıq haqqında Memorandum imzalandıqdan sonra Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində yeni mərhələ başlanmışdır. Azərbaycanın Avratlantik qurumlara inteqrasiyasına Macarıstan necə kömək edə bilər?
–Keçid dövrünün nə dərəcədə mürəkkəb olmasını Macarıstan yaxşı bilir. Məhz buna görə, ölkəmiz bu məsələdə, deyək ki, Almaniya və ya Böyük Britaniya ilə müqayisədə daha faydalı ola bilər. Mən bizim topladığımız təcrübəni sizinlə bölüşməyi nəzərdə tuturam. Ümumiyyətlə, mən belə hesab edirəm ki, Azərbaycan çox uğurlu siyasət həyata keçirir və zənnimcə, bizim sayəmizdə Avropa İttifaqı Azərbaycanın istəklərini başa düşə bilər.
–Mərkəzi Avropa ölkələrində Azərbaycanın ilk səfirliyi Budapeştdə açılmışdır. Bu, ölkəmizin Macarıstanla münasibətlərə böyük əhəmiyyət verməsinin göstəricisidir. Bəs, Macarıstan Azərbaycanın regiondakı mövqeyini necə qiymətləndirir? Macarıstanla və bütövlükdə Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlıq arasında fərq qoymaq lazımdırmı?
–Əvvələn, ümid edirəm ki, bu il biz də Bakıda öz səfirliyimizi aça biləcəyik. Məncə, Azərbaycan bu regionda ən dinamik inkişaf edən dövlətdir. Bu, o deməkdir ki, regionun başqa ölkələri ilə müqayisədə Azərbaycan daha sürətlə inkişaf edəcək, onun iqtisadiyyatı regionda ən güclü iqtisadiyyat olacaq və bütün bunlar, təbii ki, təhsilin, elmin ən yüksək səviyyəyə çatmasına gətirib çıxaracaqdır. Bunun sayəsində Azərbaycanın nüfuzu artacaq, o, regionun əsas dövlətinə çevriləcək, onun nüfuz dairəsi ölkə hüdudlarından kənara çıxacaqdır.
Biz Azərbaycanın inkişafını çox böyük rəğbətlə izləyirik və bu münasibət strateji tərəfdaşlıq haqqında bu ilin fevral ayında imzalanmış sənədlə təsbit olunur. Biz regionun heç bir başqa ölkəsi ilə bu cür saziş bağlamamışıq.
–Macarıstan enerji daşıyıcıları sarıdan xaricdən asılı vəziyyətdədir. Müasir dövrdə enerji təhlükəsizliyi məsələləri xüsusi aktuallıq kəsb edir. Siz ölkəmizin həm enerji ehtiyatları istehsalçısı, həm də tranzit məkan olmasını nəzərə alaraq enerji sahəsində Macarıstanın Azərbaycan ilə əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?
–Əlbəttə, neft və qaz təchizatı məsələsində Macarıstan Rusiyadan çox asılıdır. Biz bu asılılığımızı bir qədər azaltmaq istərdik. Bundan ötrü biz başqa ölkələrdən də qaz almalıyıq. Buna görə də "Nabukko" ideyasını dəstəkləyirik. Təbii ki, bu layihənin həyata keçirilməsi üçün təkcə Azərbaycan kifayət deyil. Azərbaycan qaz istehsalçısı və ixracatçısı kimi çox vacibdir. Türkmənistanı da nəzərə alsaq, Azərbaycan tranzit ölkə kimi müstəsna əhəmiyyətə malikdir. Səfər çərçivəsində apardığımız bütün danışıqlar məndə belə bir qəti inam yaratdı ki, Azərbaycan tranzit ölkə rolunu öz üzərinə götürməyə hazırdır. Bu gün "Nabukko"nun uğurlu olması həm də Azərbaycandan asılıdır.
–Ölkəmizin ilk dəfə iştirak etdiyi "Avroviziya" müsabiqəsində Macarıstanın Azərbaycan nümayəndələrinə birinci yeri verməsi faktını respublikamızda çox yüksək qiymətləndirdilər. Azərbaycanda bunu xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrlə izah edirlər. Bu barədə siz nə fikirləşirsiniz? Ümumiyyətlə, humanitar sahədə əlaqələrin inkişafı haqqında sizin fikrinizi bilmək istərdik.
–Çoxları bilmir ki, macarlar indiki vətənlərinə Asiyadan gəliblər. Macarıstanda Azərbaycan haqqında kifayət qədər çox bilirlər. Onlar ötən əsrin 90–cı illərinin ikinci yarısında ölkədə vəziyyətin sabitləşməsi üçün göstərilən səyləri çox yüksək qiymətləndirirlər və hazırda burada müşahidə olunan inkişafı böyük diqqətlə izləyirlər. Bizim dövlətlərin ərazisi və əhalisinin sayı təxminən eynidir, hər iki dövlət yenidən müstəqillik əldə etmişdir. Xalqlarımız arasında mənəvi yaxınlıq vardır. Hətta futbol komandalarımızın hələlik bizi sevindirə bilməməsi də oxşar problemdir. Bir sözlə, həm sevindirici, həm də təəssüfləndirici hadisələr baxımından ortaq cəhətlərimiz çoxdur.
Əlbəttə, bizim bir–birimizi çox yaxşı tanıdığımızı demək mübaliğə olardı. Mənim fikrimcə, qarşılıqlı turist səfərlərinə çıxanların sayı ildə min nəfərdən çox deyildir. Mədəni sahədə əməkdaşlığı təşkil etmək ideyası yalnız indi yaranmışdır. Ölkələrimizin iqtisadi, mədəni, elmi əlaqələrinin inkişafı üçün hələ çox iş görmək lazımdır.

Siyasət