Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Avqust ayının ikinci dekadasında Bakıda Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasına dair Azərbaycan, Rusiya və İran dəmiryolu administrasiyaları rəhbərlərinin görüşü planlaşdırılır. Bu barədə "APA–Economics"ə Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) məlumat verilib.
Görüşdə tərəflər layihə üzrə işçi qrupları tərəfindən görülən işlər, hazırlanmış sənədlərlə tanış olacaqlar. Həmçinin, "Rusiya Dəmir Yolları" ASC–nin işlərin sürətləndirilməsi üçün layihə ilə bağlı təqdim etdiyi "Birgə əməkdaşlıq konsepsiyası"nın biznes–planına dəmir yolu rəhbərləri tərəfindən baxılacaq. İclas çərçivəsində dəmir yolunun tikintisini və istismarını həyata keçirəcək konsorsiumun yaradılması məsələsi də müzakirə olunacaq. Sonuncu məsələyə dair qərarın qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan, Rusiya və İran dəmir yolçularının iştirakı ilə iyunun 17–19–da Bakıda keçirilən tədbirdə Şimal–Cənub dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi ilə əlaqədar İran tərəfinin gördüyü işlər haqqında məlumat dinlənilib.
Xatırladaq ki, Şimal–Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000–ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal–Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005–ci ildə qoşulub. Şimal–Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.