Azərbaycan Pakistana neft–qaz yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq təklif edib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Muşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "APA–Economics"ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Pakistanla Azərbaycan arasındakı əlaqələrin sürətlə inkişaf etdiyini bildirən N.Əliyev yanacaq–energetika kompleksi sahəsində də əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Nazir bildirib ki, Azərbaycan gələn il 65 mln. ton neft, 27 mlrd. kubmetr qaz hasil edəcək. Azərbaycanın Avropa ölkələri ilə neft–qaz sahəsində fəal əməkdaşlıq etdiyini qeyd edən nazir rəsmi Bakının nəql kəmərlərinin diversifikasiyası istiqamətində də fəal siyasət apardığını vurğulayıb. N.Əliyev həmçinin neft–qaz yataqlarının kəşfiyyatı sahəsində Pakistanla təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
M.H.Səid isə Azərbaycanla bütün sahələrdə əməkdaşlığın dövləti üçün maraqlı olduğunu bildirərək neft–qaz sektorunda əməkdaşlıq təklifini ölkəsinin müvafiq hakimiyyət qurumlarının nəzərinə çatdıracağını vurğulayıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009