Bakıda Azərbaycan–İsrail tikinti biznes–forumu keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bakıda İsrail–Azərbaycan tikinti biznes–forumu keçirilib. APA–nın məlumatına görə, tədbirin təşkilatçıları rolunda İsrailin Azərbaycandakı səfirliyi, İsrail İxrac İnstitutu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) çıxış edib.
Forumda İsrailin tikinti sektorunda fəaliyyət göstərən 6, Azərbaycanın isə 20–dək yerli şirkətinin nümayəndələri iştirak ediblər.
Forumda çıxış edən İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib ki, 2007–ci ildə İsraildən Azərbaycana 80 mln. ABŞ dolları həcmində, Azərbaycandan İsrailə isə 1,5 mlrd. dollar dəyərində mal ixrac edilib. "Azərbaycan İsrailin ən iri tərəfdaşlarındandır", – deyən səfir bu əməkdaşlığın başlanğıc mərhələsində olduğunu söyləyib və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Fövqəladə Hallar Nazirliyi Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin direktoru Cəbrayıl Xanlarov ölkəmizdəki investisiya mühiti, tikinti sahəsində son illər aparılan işlər barədə danışıb. C.Xanlarov bildirib ki, hazırda Azərbaycanın tikinti sektoru bütövlükdə özəl mülkiyyətdədir. Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu xatırladan Agentliyin direktoru İsrailin uzun illər münaqişə şəraitində yaşadığını və bu ölkənin təhlükəsizlik sahəsində topladığı təcrübəsinin Azərbaycan üçün əvəzolunmaz olduğunu bildirib.
"Azpromo"nun vitse–prezidenti Anar Quliyev isə Azərbaycan iqtisadiyyatı haqqında məlumat verib, ölkəyə yatırılan xarici sərmayələrin 34 mlrd. dollara çatdığını, neft gəlirlərinin isə yaxın vaxtlarda 100 mlrd. dollara çatacağını vurğulayıb. Bununla yanaşı A.Quliyev Azərbaycanın turizm baxımından cəlbedici olmasından danışıb və qeyd edib ki, tikinti şirkətlərinin Azərbaycana sərmayə yatırması üçün geniş imkanlar mövcuddur.
Forumda İsrailin "Betofirt", "Electronic Line", "Hassin ESH", "Kedmor", "Nirlat" və "Tambour" şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirin sonunda iki ölkənin iş adamları arasında görüşlər keçirilib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009