Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Bu ilin yanvar–iyun aylarında Azərbaycandan ümumilikdə 18,821 mln. ton həcmində neft ixrac olunub ki, bu da 2007–ci ilin analoji 6 aylıq göstəricisi ilə müqayisədə 25% çoxdur.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) "APA–Economics"ə verilən məlumata görə, hesabat dövründə ABƏŞ tərəfindən 18,091 mln. ton neft ixrac olunub və bu, 2007–ci ilin ilk yarısına nisbətən 24,23% çoxdur.
Ötən ilin ilk yarısında olduğu kimi təhlil olunan dövrdə də Bakı–Supsa boru kəməri ilə neftin nəqli aparılmayıb.
Dəmir yolu nəqliyyatı ilə Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi limanına 0,574 mln. ton və ya 2007–ci ilin yanvar–iyun aylarına nisbətən 23,36% az neft ixrac olunub.
Bununla yanaşı, birinci yarımillikdə ABƏŞ Bakı–Novorossiysk boru kəməri ilə də neft ixrac etməyib. ARDNŞ isə bu marşrutla 0,729 mln. ton neft nəql edib. Ötən ilin yanvar–iyun aylarında şimal marşrutu ilə ümumilikdə 1,193 mln. ton ixrac olunub.
Qeyd edək ki, hesabat dövründə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə 17,510 mln. ton neft nəql edilib və bu, əvvəlki ilin analoji 6 aylıq göstəricisini təxminən 33,5% üstələyir. Təkcə iyun ayında Bakı–Ceyhan kəməri ilə 3,019 mln. ton neft ixrac olunub.
Xatırladaq ki, 2007–ci ildə Azərbaycandan ümumilikdə 30,579 mln. ton neft ixrac edilib və bu, 2006–cı ilə nisbətən 35,9% çoxdur.