Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Aqil Xəlil budur
- "Bomba çantası"ndan 150 min dollar çıxdı
Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA–ya müsahibə verib:
– Mətbuat Şurası Mətbuat Günü ilə bağlı hansı tədbirlər həyata keçirəcək?
– Mətbuat Şurası yaranan gündən sonra Mətbuat Günü ilə bağlı hər il qəbullar təşkil olunub. Bu il də belə olacaq. İyulun 21–də keçiriləcək qəbula KİV nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri və digər şəxslər dəvət olunacaqlar. Bundan başqa, müxtəlif media təşkilatlarının Mətbuat Günü ilə bağlı təsis etdikləri "Media açarı" mükafatı da öz qaliblərinə təqdim olunacaq.
– Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının Mətbuat Günü ərəfəsində qəbulu gözləniləndirmi?
– Bununla bağlı gözləntilər var. Mən sənədin bu ərəfədə qəbul oluna biləcəyini gözləyirəm. Konsepsiya Azərbaycan mətbuatının inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi üçün ciddi bir sənəd olacaq.
– Azərbaycan Jurnalistlərinin V Qurultayında həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etdiniz. Mətbuat Günü ərəfəsində növbəti dəfə belə bir müraciət edə bilərsiniz?
– Həbsdə olan jurnalistlərin məsələsi daim Mətbuat Şurasının diqqətindədir. Mətbuat Şurasının məramı ondan ibarətdir ki, Azərbaycanda heç bir jurnalist həbsdə olmasın. Biz həbsdəki həmkarlarımızın azadlığa çıxmaları üçün əlimizdən gələni edirik. Qurultayda onların əfvi ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu. Biz yaxın günlərdə həmin müraciəti Azərbaycan prezidentinə ünvanlayacağıq. Mətbuat Şurası İdarə Heyətinin ilk iclasında müraciətin mətni təsdiq olunacaq.
– Mətbuat Şurasına indiyə kimi olan üzvlük haqqı borclarının bağışlanması barədə qərar qəbul etdiniz. Bundan sonra üzvlük haqları ilə bağlı məsələ ciddi şəkildə tənzimlənəcəkmi?
– Üzvlük haqlarını ödəməyən mətbuat orqanları vardı. Biz 2008–ci ilə qədər olan borcları bağışladıq. Borcu olanlardan xahiş edirik ki, bu il üçün olan üzvlük haqlarını ödəsinlər. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər. Mətbuat Şurasına üzvlük haqqının məbləği o qədər də böyük deyil. İl ərzində gündəlik qəzetlər, agentliklər, jurnalist təşkilatları üçün olan üzvlük haqları 150 manatdır. Həftəlik qəzetlər üçün isə bu məbləğ daha azdır, 100 manat. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər və eyni zamanda bu, kütləvi informasiya vasitələrini Mətbuat Şurası ilə faktiki olaraq bağlayan yeganə əlaqədir. Biz bundan sonra üzvlük haqlarının ödənməsini ciddi şəkildə tənzimləyəcəyik.
– Mətbuat Şurasının müvafiq komissiyalarının bundan sonrakı fəaliyyəti necə qurulacaq?
– Biz Mətbuat Şurasının komissiyalarının fəaliyyətini gücləndirəcəyik. Məsələn, iqtisadi məsələlər üzrə komissiya Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı ciddi işləyəcək. Azərbaycanda rəsmi reklamların KİV–də yerləşdirilməsi üçün ciddi işlər görülür. Bu da komissiyanın işinin gücləndirilməsini tələb edir. Biz Azərbaycanda elə bir mühit qurmaq istəyirik ki, jurnalistlər məhkəməyə verilməsin, mətbuatla bağlı bütün problemlər Mətbuat Şurasında öz həllini tapsın, elə bir mexanizm olsun ki, mətbuatdan şikayətçi olanlar öncə bizə müraciət etsinlər və məsələ şurada öz həlini tapsın. Nə jurnalistlər həbs olunsun, nə qəzetlər cərimələnsin. Bu yöndə işlək mexanizm hazırlamaq üçün Mətbuat Şurasının hüquq komissiyası da ciddi işləməlidir. Biz bu komissiyanın da işini gücləndirəcəyik. Biz Azərbaycan mətbuatında hələ də tüğyan edən "reket jurnalistikası" ilə bağlı yeni komissiya yaratmağı planlaşdırırıq. Komissiya sırf "reket mətbuatı" ilə mübarizə aparacaq. Qurultay ərəfəsində gündəmə gələn təklifi reallaşdırmağı – şuranın gender komissiyasının yaradılmasını da nəzərdə tuturuq. Həmin komissiya jurnalistikada olan gender problemlərini araşdıracaq, həlli yolları istiqamətində çalışacaq. Bundan başqa, şuranın rəsmi qurumlarla hakimiyyət arasında problemlərin həlli üzrə komissiyası da mövcuddur. Onun sədri İbrahim Məmmədli dünyasını dəyişəndən sonra komissiyanın fəaliyyəti zəiflədi. Bu qurumun da fəaliyyətini gücləndirmək üçün əməli addımlar atacağıq. Biz çalışacağıq ki, mətbuatın bütün sahələri komissiyaların fəaliyyətində öz əksini tapsın.
– Komissiyaların formalaşdırılması prosesi İdarə Heyətinin ilk iclasında baş verəcək?
– Çox güman ki. Çalışacağıq ki, belə olsun. Hər halda yaxın zamanlarda bunu həyata keçirmək istəyirik. Çalışırıq ki, komissiyaların hər biri öz sahələrində problemləri öyrənsin, görüləcək işləri müəyyənləşdirsin, planlar təsdiq edilsin. Bunun əsasında fəaliyyətimizi quracağıq. Mətbuat Şurası bu il üç istiqamətdə fəaliyyətini gücləndirəcək. Birinci istiqamət mətbuatın maddi durumunun yaxşılaşmasından ibarətdir. Bu, Mətbuata Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı olacaq, sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini nəzərdə tutur. İkinci istiqamət jurnalistin informasiya alması, onun ictimaiyyətə çatdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı elə bir mexanizm hazırlamaq lazımdır ki, qeyd etdiyim kimi, mətbuatla bağlı olan bütün şikayətlər şuraya daxil olsun və araşdırılsın. Həbsdə olan jurnalistlərin azadlığa çıxması ilə bağlı məsələ də bu istiqamətə aiddir. Üçüncü istiqamət isə jurnalistlərin sosial problemlərinin araşdırılması və həlli ilə əlaqədardır. Biz bununla bağlı da komissiya yaradacağıq. Komissiya sosial problemləri araşdıracaq, həlli üçün planlar hazırlayacaq və həmin planlar həyata keçiriləcək.

Siyasət