Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
Əli Həsənov: Əgər bundan yaxşı format ortaya qoyulmasa, seçkilər indiki seçki komissiyaları tərəfindən keçiriləcək
Qanunvericiliyə əsasən seçki prosesində icra hakimiyyəti orqanlarının və seçki institutlarının funksiyası dəqiq əks olunub. Bu sözləri jurnalistlərə müsahibəsində Prezident Aparatı ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O, qeyd edib ki, seçkilərə qanunsuz müdaxilə edən icra orqanları cəzalandırılır:
– Seçkilərdə icra hakimiyyətlərinin rolu, iştirakı məsələləri Seçki Məcəlləsində dəqiq göstərilib. Hər bir qurumun vəzifələri bəllidir. Yerli icra hakimiyyəti strukturları seçkilərin təşkilində seçki institutlarına yardım etməlidirlər. Əhalinin seçkilərdə maneəsiz iştirakına şərait yaratmalıdırlar. Seçki institutlarının fəaliyyətini tənzimləmək üçün lazımi texniki yardımlar göstərməli, o cümlədən, binalar, rabitə avadanlıqları, seçkilərin təşkili ilə bağlı digər maddi–texniki vasitələrlə təmin etməlidirlər. Beynəlxalq təşkilatların da tələbləri ondan ibarətdir ki, seçki institutları, mərkəzi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətlərindən kənara çıxmasınlar. Xüsusilə administrativ resurslardan bu və ya digər namizədlərin təbliğatı yönündə istifadə etməsinlər. Azərbaycan hakimiyyəti bu məsələlər ətrafında tədbirlər keçirir ki, həmin tənqidlərə rast gəlməyək. Bildiyiniz kimi, ötən seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamı imzalandı. Bununla, mərkəzi və yerli icra strukturlarına seçkilərə müdaxilə, administrativ resurslardan seçkilərdə istifadə edilməsi məsələləri qadağan olundu və belə hallara yol veriləcəyi təqdirdə ciddi məsuliyyət müəyyən edildi. Qanunsuz hərəkət edən rayon icra başçıları, yerli icra strukturlarının rəhbərləri cəzalandırıldı, işdən çıxarıldı. Həmin sərəncam qarşıdan gələn seçkilər üçün də qüvvədədir. Sərəncamla yanaşı, Seçki Məcəlləsində qoyulmuş tələbələr bu və ya digər hakimiyyət orqanlarının səlahiyyətləri öz qüvvəsində qalır və bunlara da əməl olunur.
– Avropa Şurası Venesiya Komissiyasının təklifləri ilə bağlı hökumət hər hansı addım atacaqmı? Venesiya Komissiyası hesab edir ki, seçki qanunvericiliyinə edilən dəyişikliklər onların tövsiyələrini tam əhatə etmir...
– Venesiya Komissiyası, Avropa Şurası, ATƏT də seçki qanunvericiliyinə edilmiş dəyişikliklərlə bütövlükdə razıdır. Əlbəttə, Venesiya Komissiyasının bütün təklifləri nəzərə alınmadı. Ona görə yox ki, hakimiyyət bunu istəmədi. Sadəcə olaraq, siyasi partiyalar ümumi razılığa gələ bilmədilər. Bu da ondan irəli gəldi ki, seçki komissiyalarının formalaşdırılmasında siyasi partiyaların mövqeləri parçalandı. Ona görə də, seçki komissiyalarının formatı olduğu kimi saxlanıldı. Düşünürük ki, əgər bundan yaxşı format ortaya qoyulmasa, indiki seçki komissiyaları tərəfindən seçkilər keçiriləcək. Əminik ki, seçkilərin azad və demokratik şəkildə keçirilməsi üçün bu komissiyaların fəaliyyəti yetərli olacaq.
– Ötən seçkilərdə iştirak etmiş müxalifət partiyaları prezident seçkilərini boykot edəcəklərini bildiriblər. Onların bu qərarına münasibətiniz necədir?
– Bu bəyanatlar ciddi siyasi yük daşımır. Əsas siyasi partiyaların əksəriyyəti seçkilərdə iştirak edəcəklərini təsdiqləyiblər. Əminəm ki, bu seçkilərdə minimum 7–8 namizəd iştirak edəcək. Ona görə də, bu gün seçkiləri boykot etmək haqqında çağırışlar qeyri–ciddidir və siyasi palitraya təsir gücünə malik deyil.
– Sərbəst toplaşmaq məsələsi necə həll olunacaq? Seçkiqabağı təbliğat üçün müvafiq yerlər ayrılıbmı?
– Seçkiqabağı təşviqat kampaniyasının aparılması üçün bütün ölkə üzrə İcra hakimiyyətləri tərəfindən ayrılan yerlər elan olunacaq və bütün namizədlər – iqtidar və müxalifət nümayəndələri həmin yerlərdə seçkiqabağı toplantılarını keçirmək imkanına malik olacaqlar.
– Əli müəllim, Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlərin əfvi mümkündürmü?
– Bu haqda Mətbuat Şurasının müraciəti var. Jurnalistlərin qurultayında bəzi redaktorların və digər nümayəndələrin müraciətləri olub. Bu müraciətlər məruzə olunacaq.
– AŞ PA–nın sədri ölkəmizə səfəri zamanı bildirdi ki, əgər jurnalistlər sentyabra qədər azad olunmasalar, siyasi məhbuslar üzrə məruzəçi təyin olunacaq. Azərbaycan hökuməti bu bəyanatı nəzərə alacaqmı?
– Biz bu tipli təlqinedici bəyanatları qəbul etmirik. Azərbaycanda jurnalistlər məhkəmə hökmü ilə həbs olunublar. Məhkəməyə təsir etmək imkanı nə Azərbaycan hökumətində, nə də beynəlxalq təşkilatlarında yoxdur. Hər bir məhkəmə öz qərarında sərbəstdir. Jurnalistlər peşə fəaliyyətinə görə həbs olunmayıblar. Azərbaycan hakimiyyəti yalnız onları əfv edə bilər. Bu isə böyük prosedur tələb edir. Müraciətlər əsasında Əfv komissiyası bu məsələyə baxmalı, müsbət dəyərləndirməlidir və bundan sonra ölkə Prezidentinə müraciət olunmalıdır.
Nardar BAYRAMLI

Siyasət