Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Aqil Xəlil budur
Milli Məclisin sədr müavini, ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibə verib:
– Bahar xanım, rəhbərlik etdiyiniz nümayəndə heyəti ATƏT Parlament Assambleyasının yay sessiyasında iştirak etdi. Sessiyanın nəticələri barədə nə deyə bilərsiniz?
– Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən ATƏT PA–nın yay sessiyasında Azərbaycan parlamentini 5 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Komitələrdə və plenar iclaslarda müzakirə olunan əsas mövzu ATƏT çərçivəsində şəffaflığın artırılmasıyla bağlı idi və bu mövzu qurumun Siyasi, İnsan haqları və İqtisadi komitələrində müzakirə olundu. Aparılan müzakirələrin nəticəsində 18 əlavə bənd də daxil edilməklə Astana Bəyannaməsi qəbul olundu. Əlavə edilən bəndlər kifayət qədər ciddi müzakirələr nəticəsində qəbul olundu və onlar hər biri ayrı–ayrılıqda ciddi mövzuları əhatə edirdi. Məsələn, Gürcüstan və onun ətrafında yaranmış vəziyyətdən narahatlıq siyasi komitədə müzakirə olunan mövzular arasında ən çox diqqəti cəlb edənlərdən idi. Bu barədə əlavə bəndin sənədə salınmasına uzun müzakirələr nəticəsində nail olundu. Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə İnsan Haqları Komitəsində müzakirə olunan Qolodomor məsələsi də olduqca ciddi xarakter daşıyırdı və nəticədə qəbul edildi. İqtisadi komitənin əsas müzakirə obyekti faydalı qazıntıların istehsalı prosesində şəffaflığın təmin olunması məsələsi idi. Ölkəmizin bu sahə ilə bilavasitə yaxınlığını nəzərə alıb müzakirədə yaxından iştirak etdik. Çernobıl hadisələri, Kiprdə təhlükəsizlik, elektron informasiya şəbəkəsində baş verən cinayət halları ilə bağlı əlavə bəndlər də yekun bəyənnaməyə salındı. Bundan başqa su ehtiyatlarının istismarı, miqrantların yaşadığı ölkələrin ictimai–siyasi, mədəni və sosial töhfələrinin tanınması (onlar bu ölkələrin inkişafında iştirak etsələr də, verdikləri töhfələr tanınmır), akademik dairələrdə antisemitizmlə mübarizə, insan alveri və bu alverin qurbanı olan uşaqların tələbatlarının öyrənilməsi, uşaqların seksual istismarına, o cümlədən qadınlara qarşı zorakılıqla mübarizə dünyanı kifayət qədər narahat edən məsələlərdir. Bu məsələlər ətrafında da ciddi müzakirələr aparıldı. Hesab edirəm ki, Astana Bəyannaməsi məzmununa görə indiyədək qəbul olunan analoji sənədlər arasında ən zənginidir və kəskinliyi ilə seçilir. Artıq ATƏT üzvü olan ölkələrin həmin tövsiyələrə əməl etmək prosesi başlanmalıdır.
Yay sessiyasında ATƏT PA–nın rəhbər strukturlarına yeni seçkilər də keçirildi. Qoran Len Markerin sədrlik müddəti bitdiyi üçün Portuqaliya nümayəndə heyətinin rəhbəri quruma başçı seçildi. Yeni sədr hamımıza yaxşı tanışdır, bir neçə dəfə Azərbaycanda olub, ölkəmizdə keçirilən seçkilər zamanı ATƏT–in müşahidə missiyasına rəhbərlik edib. O cümlədən Azərbaycanın yaşadığı problemlərlə yaxından tanışdır. Təzə rəhbər qurumda obyektiv insan kimi tanınır. Biz onun seçilməsinə dəstək verdik. Sonradan sədr müaviniləri də seçildi. Hesab edirəm ki, onlar kifayət qədər nüfuzlu və obyektiv şəxslərdir. Onlar ATƏT regionundakı problemləri dərindən bilirlər.
Qeyd edim ki, 2010–cu ildə ATƏT–ə sədrlik edəcəyi baxımından Qazaxıstan sessiyaya çox ciddi hazırlaşmışdı. Bu sessiya həm də Qazaxıstanın təqdimatı xarakteri daşıyırdı. Yay sessiyasının Astanada keçirilməsi, Qazaxıstan Senatının sədrinin ATƏT PA sədrinin müavini seçilməsi və 2010–cu ildə quruma bu ölkənin rəhbərlik etməsi bizi çox sevindirir. Çünki Qazaxıstan bizə dost, qardaş, türk birliyinə daxil olan ölkədir.
– Bəs Dağlıq Qarabağla bağlı məruzənin taleyi necə olacaq? Bəzi mətbuat orqanlarının yaydığı məlumata görə, Qoran Len Markerin ATƏT PA–ya sədrlik müddəti bitdiyi üçün məruzənin taleyi sual altındadır. Bu, nə dərəcədə doğrudur?
– Len Marker hələ qurumun sədri olmamışdan öncə məruzəçi təyin edilmişdi. O hələ də bu vəzifəni daşıyır. Düzdür, onun yaxın zamanlarda regiona səfər edəcəyi gözlənilməsə də, bu barədə düşündüyünü deyib. Biz ATƏT rəsmilərinə münaqişə ilə bağlı narahatlığımızı çatdırdıq və sual verdik ki, ATƏT Gürcüstan, Qolodomor məsələləri haqda ciddi müzakirələr apardığı halda, Dağlıq Qarabağ məsələsinə niyə toxunulmadı. Cavab isə ənənəvi xarakter daşıdı və bildirdilər ki, Dağlıq Qarabağ qurumun prioritetlərinə daxil olan məsələdir. Len Marker də öz çıxışında daha çox Dağlıq Qarabağ məsələsi üzərində dayandı. O, bildirdi ki, münaqişənin həlli istiqamətində yaranan "qızıl imkan"dan istifadə edilməsi gərəkliyini vurğuladı və məsələnin tez həll edilməsinin vacibliyini önə çəkdi. Onun fikrincə, bu problemin tənzimlənməsi ATƏT regionunda digər məsələlərin həllinə açar ola bilər. Təbii ki, həlli istəmək yaxşıdır, amma bu istiqamətdə səylər artırılmalıdır. Biz sessiyada təcavüz nəticəsində Azərbaycanın hansı fəsadlarla üzləşdiyini bir daha səsləndirdik. Məsələnin müzakirəsinin vaxtı barədə konkret mövqe yoxdur. Bu isə vasitəçi olaraq ATƏT öz fəaliyyətini gücləndirmək əvəzinə, problemin həllini tərəflərin üzərinə atması istəyindən irəli gəlir.
– Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında hansı məsələlərə önəm verdilər?
– Nümayəndələrimiz sessiyada fəalıqlıq nümayiş etdirdilər. Bəzi ölkələrin nümayəndələri Dağlıq Qarabağ məsələsi ilə bağlı ağlasığmayan fikirlər irəli sürürdülər. Guya, separatçı rejimin, qeyri–qanuni nəzarətsiz ərazilərin nə demək olması onlara aydın deyil. Belə sadəlövh fikirlər bizim etirazımıza səbəb oldu. Çıxışımın əsas məzmunu bu məsələləri onlara "anlatmaq"dan ibarət oldu. Bildirdim ki, bir–birimizə münasibətdə səmimi olmalıyıq, hər şeyi öz adıyla çağırmalıyıq. Əks halda ATƏT regionundakı problemlər həll edilməmiş qalacaq. Bildirdim ki, mən separatizmin nəticəsində öz yurdumdan didərgin düşmüşəm, ata evim, doğmalarımın məzarları işğal altında qalıb. Separatizmin nəticələri budur.
– Sessiyanın yekun qətnaməsinə uydurma erməni soyqırımı haqda Türkiyə nümayəndələrinin təklifi də əlavə edilib. bu əlavənin əhəmiyyəti nədən ibarətdir?
– Siyasətçilər tarixçiləri əvəz etməməli və hansısa tarixi hadisələrə tarixi nöqteyi–nəzərdən qiymət verməməlidirlər. Türkiyə nümayəndə heyəti bu əlavəni təklif etdilər. Bizim birgə səyimiz nəticəsində həmin bənd sənədə salındı. Əlavədə bu kimi genosid faktlarının, kütləvi cinayət hadisələrini özündə əks etdirən məsələlərin araşdırılması üçün maraqlı ölkələrin alimlərindən ibarət komissiyaların yaradılması ATƏT üzvlərinə tövsiyə edilir. Məhz elm adamlarının araşdırmalarından sonra bütün bunlara qiymət vermək olar. Əlbəttə, bu, çox ciddi uğurdur. Hesab edirəm ki, Türkiyə bu bəyannamədən soyqırım məsələsində hüquqi sənəd kimi istifadə edəcək. Bu günədək təklif edilən, amma Ermənistanın qeyri–konstruktivliyi nəticəsində ortada qalan qondarma soyqırım məsələsinin araşdırılması mümkün olacaq. Hər halda arxivlərin açılmasına yeni münasibət əhəmiyyətli hadisədir.
– Prezidentlərin görüşündən sonra həmsədrlər regiona səfər etdilər. Sizcə, Ermənistanın yeni hakimiyyəti ilə danışıqlar və həmsədrlərin səfəri danışıqlarda müsbət nəticələrə gətirib çıxara bilərmi?
– Ermənistanda son prezident seçkiləri zamanı ciddi qanun pozuntularına yol verildiyi haqda sessiya zamanı ATƏT–in baş katibinə müraciət etdim. Hətta bu barədə sual da verdim ki, Ermənistanda seçkisonrası vəziyyətlə, ölüm halları, kütləvi həbslər və digər məsələlərlə bağlı müzakirələrə yenidən qayıdılacaqmı. Çünki həmin hadisələr Ermənistan xalqı üçün faciə ilə nəticələnib. Bu məsələ bölgədə demokratiyanı da təhlükə altına qoyur. Baş katib cavabında Ermənistanda ATƏT–in daimi nümayəndələrinin olduğunu və uzunmüddətli müşahidə missiyası aparılması nəzərdə tutulduğunu söylədi. Onlar prosesi izləyir və bu məsələlər dəqiqləşdirilir. Ermənistan nümayəndə heyəti üzvləri də bu məsələnin sessiyada gündəmə gətirələcəyini bildiyi üçün çıxışlarını müdafiə taktikası üzərində qurmuşdular. Ermənilər bu vəziyyətin ötəri olduğunu desələr də, sessiyanın gedişi zamanı İrəvanda nələrin baş verdiyini bilirdik və bununla da onlar özlərini gülünc vəziyyətə qoydular. Bizim Qarabağla bağlı suallarımızın qarşılığında da onlar ağır duruma düşdülər. Həmsədrlərin son səfərinə gəlincə, bunun dönüş nəqtəsi olduğunu heç vaxt düşünməmişəm. Nə qədər ki, ATƏT–in tədbirlərində iştirak etmirdim, hardasa həmsədrlərin səfərlərinin nəticə verəcəyinə ümid bəsləyirdim. Amma bu prosesin içində olaraq bu məsələyə münasibətin nədən ibarət olduğunu və necə formalaşdığını gördüyümdən hər hansı səfərin qeyri–adi əhəmiyyətə malik olduğunu sanmıram. Görünür, hələlik müəyyən beynəlxalq dairələr münaqişənin qalmasını istəyir.

Siyasət