AŞ Azərbaycanla konstruktiv münasibətlər qurmaq istəyir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Səməd Seyidov: Bəzi QHT–lər "siyasi məhbus" siyahılarının sayını artırmaqla özləri üçün problemlər yaradırlar
Azərbaycan Avropa Şurası qarşısında "Milli azlıqlar haqqında" qanun qəbul etmək deyil, şuranın "Milli azlıqların dillərinin qorunması haqqında" Konvensiyasını ratifikasiya etmək öhdəliyi götürüb. Bu haqda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda milli azlıqların haqlarının qorunması ilə bağlı heç bir problem yoxdur. S.Seyidov deyib ki, sözügedən konvensiyanın Avropa Şurasına üzv olan ölkələrin əksəriyyəti qəbul etməyib. Bu gün şuraya üzv olan 47 dövlətdən cəmi 24–ü ratifikasiya edib. Hətta Fransa kimi inkişaf etmiş bir dövlət də bu konvensiyaya qoşulmayıb: "Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə hörmətlə yanaşır. O cümlədən, bu konvensiyanı ratifikasiya etməkdən də imtina etmir. Amma konvensiyanın ratifikasiyasından sonra onun icrası üçün böyük həcmdə maliyyə vəsaitinə ehtiyac duyulur. Eyni zamanda, bu sahədə ciddi araşdırmalar aparılmalıdır".
S.Seyidovun fikrincə, ratifikasiyadan əvvəl bu konvensiyanın Azərbaycanın milli maraqlarına nə dərəcədə uyğun olması da araşdırılmalıdır. "Biz bu öhdəliyə çox diqqətlə yanaşırıq. Amma son qərarı təhlillərimizi yekunlaşdırdıqdan sonra verəcəyik" – deyən S.Seyidov əlavə edib ki, Avropa Şurasının öhdəlikləri sırasında olan "Alternativ xidmət haqqında" qanun layihəsi də hazırdır. Qanunun ilkin variantı ekspertiza üçün Avropa Şurasının ekspertlərinə göndərilib. Avropa Şurasından cavab aldıqdan sonra Azərbaycan bu məsələyə baxacaq. AŞ PA prezidenti Luis Mariya de Puçun Azərbaycana səfəri zamanı söylədiyi fikirlərin təhrif olunduğunu bildirən S.Seyidov deyib ki, assambleya rəhbəri sentyabra qədər həbsdəki jurnalistlər azad olunmasa, siyasi məhbus məsələsi üzrə məruzəçinin təyin olunması barədə fikir bildirməyib: "Mən bu məsələni L.M.Puçun özü ilə müzakirə etmişəm. AŞ PA prezidenti deyib ki, Azərbaycandakı çıxışları zamanı heç vaxt ölkəmizə qarşı sanksiyaların tətbiq olunacağı, siyasi məhbus məsələsi üzrə məruzəçinin bərpa ediləcəyi barədə fikir bildirməyib".
Nümayəndə heyətinin rəhbərinin fikrincə, AŞ PA–nın Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etməsi qeyri–obyektivdir və ikili standartlara söykənir. "İnanmıram ki, Avropa Şurası belə bir qərar qəbul etsin" – deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, Avropa Şurası Azərbaycanla konstruktiv münasibətlər qurmaq istəyir. Təşkilat Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir. Nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞ PA–nın Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə də kifayət qədər müsbət məqamlar yer alıb. Sənəddə hətta, Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etməsi də yer alıb. Bundan əlavə, ölkədə demokratik təsisatların inkişafı ilə bağlı məlumatlar da var. Qətnamədə həmçinin, bəzi tənqidi məqamlara da yer verilib. S.Seyidov deyib ki, Azərbaycan tərəfi qətnamədəki tənqidi məqamları təhlil edir. Təhlillərdən sonra reallığa uyğun olan tövsiyələr icra olunacaq. Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, qətnamədəki bəzi tövsiyələr Azərbaycanın milli maraqlarına uyğun gəlmir.
S.Seyidov QHT təmsilçilərindən və hökumət nümayəndələrindən ibarət İnsan hüquqları üzrə işçi qrupunun da fəaliyyətini davam etdiyini bildirib. Onun sözlərinə görə, üçüncü ildir fəaliyyət göstərən işçi qrupu müntəzəm olaraq toplantılar keçirir. Toplantılarda ölkədə insan hüquqları ilə bağlı meydana çıxan problemlər müzakirə olunur. İşçi qrupunun fəaliyyəti daha da genişləndiriləcək. Gələcəkdə bu işçi qrupuna digər QHT–lərin təmsilçiləri də dəvət olunacaq. "Ölkədə insan haqları sahəsində fəaliyyət göstərən bütün QHT–lər işçi qrupunda öz sözlərini deyə biləcəklər" – deyən S.Seyidov əlavə edib ki, bəzi hüquq müdafiəçiləri ölkədə aparılan işlərə baxmayaraq, Avropa Şurasına qeyri–obyektiv "siyasi məhbus" siyahıları göndərməkdə davam edirlər. Bu isə həm Azərbaycanda, həm də Avropa Şurasında mənfi qarşılanır. S.Seyidovun fikrincə, bu cür QHT–lər göndərdikləri siyahıların sayını artırmaqla özləri üçün problemlər yaradırlar. Çünki Avropa Şurası rəsmiləri tez–tez Azərbaycana səfər edirlər və əyani şəkildə görürlər ki, onlara göndərilən məlumatlarla reallıqlar bir–birinə uyğun gəlmir.
Nardar
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009